Sailor Moon personajlarının siyahısı
Görünüş

Sailor Moon və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bişoco Senşi Sera Mun?, azərb. Gözəl qoruyucu Ay savaşçısı) manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş maho-şoco manqa seriyasıdır.
Əsas personajlar
[redaktə | vikimətni redaktə et]- Usaqi Tsukino (月野 うさぎ, Tsukino Usagi?, ingilis versiyasında Serena Tsukino) seriyanın baş qəhrəmanı və Seylor döyüşçülərinin lideri. Usaqi diqqətsiz, amma eyni zamanda sonsuz sevgiyə, mərhəmətə və anlayışa sahib qızdır. Usaqi Seylor döyüşçülərində ədalət və sevgi döyüşçüsü Seylor Mun kimi çıxış edir. Seriyanın əvvəllərində Usaqinin sadəcə 14 yaşı var, ağlağandır, şər qüvvələrlə döyüşmək istəmir, sadə bir qız olmaq istəyir. Lakin böyüdükdən sonra dünyasını qorumağa qərar verir.[1][2]
- Mamoru Çiba (地場 衛, Chiba Mamoru?) Usaqidən yaşca böyük olan tələbədir. Balaca uşaq ikən valideynləri ilə avtomobil qəzasına düşür, valideynləri ölür, yaddaşı pozulur.[3] Seriyada Mamoru Usaqi ilə xüsusi əlaqəsi olduğunu öyrənir, onun təhlükədə olmasını hiss edə bilir.[4][5] Mamoru Çiba Taksedo Mask adı ilə Seylor döyüşçüləri ilə birlikdə döyüşür. Hekayənin gedişində Mamoru və Usaqi əvvəlki həyatlarında bir-birilərini sevdiklərini xatırlayırlar.[6]
- Ami Mizuno (水野 亜美, Mizuno Ami?) Usaqi ilə bir məktəbdə oxuyan, kitab qurdu, IQ səviyyəsi 300 olan qızdır.[7] Seylor döyüşçüləri komandasında su və zəka döyüşçüsü Seylor Merkuri kimi çıxış edir. Ami biliyinə görə utancaq biri olsa da, insanların qayğısına qalmağı sevir. Böyüyəndə anası kimi həkim olmağı arzulayır. Gizli şəkildə pop mədəniyyət və sevgi romanları ilə maraqlanır, lakin bunu etiraf etməkdən utanır. Amini komandanın "beyni" adlandırırlar. Texnologiya ilə arası çox yaxşıdır.
- Rey Hino (火野 レイ, Hino Rei?, ingilis versiyasında Raye Hino) gözəl, 14 yaşlı mikodur. Bir şintoizm rahibəsi olduğundan adi vətəndaş formasında belə psixi güclərə malikdir.[8] Seylor döyüşçülərində alov və ehtiras döyüşçüsü Seylor Mars kimi çıxış edir. O, çox ciddi və məqsədyönlüdür, Usaqinin tənbəlliyini onu qıcıqlandırsa da, onun qayğısına çox qalır.[8][9] Digər qızlardan fərqli olaraq Rey katolik məktəbinə gedir.
- Makoto Kino (木野 まこと, Kino Makoto?, ingilis versiyasında Lita Kino) Usaqi ilə birlikdə eyni məktəbdə oxuyan və fiziki cəhətdən xeyli güclü olan qızdır. Məktəbdə yayılmış şayiəyə görə guya əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atılıb. Bir yapon məktəbli qızına görə xeyli hündür və güclü olan Makoto[10] ildırım və güc döyüşçüsü Seylor Yupiterə çevrilir. Makotonun hər iki valideyni təyyarə qəzasında həlak olmuşlar, buna görə də tək yaşayır. Makoto aşpazlıq, bağbanlıq və evdarlıq kimi məşğuliyyətlərlə məşğul olur. Makoto yaxın döyüşdə yaxşıdır. Ən böyük arzusu evlənmək və tort mağazası açmaqdır.[11]
- Minako Ayno (愛野 美奈子, Aino Minako?, ingilis versiyasında Mina Ayno) 14 yaşlı dəliqanlı xəyalpərəstdir. Minako daha əvvəl "Codename: Sailor V" manqa seriyasında görünmüşdür.[12][13] Onun partnyoru Artemis adlı ağ pişikdir. Minako Seylor Veneraya çevrilir və o, 4 daxili Seylor döyüşçüsünün lideridir. Ən böyük arzusu müğənni və kumir olmaqdır; digər müğənnilərin ifalarına qulaq asmağa çalışır.[14] Anime və manqadan fərqli olaraq teleseriallarda o məşhur müğənnidir (hətta Ami, Usaqi və Makoto onun fanatlarıdır) və sağlamlığı yerində deyil (anemiyaya görə). Buna görə də teleserialda Seylor döyüşçülərindən ayrılır.[15]
- Çibiusa (ちびうさ, Chibiusa?, ingilis versiyasında Rini) Yeni Kraliça Serenitinin və Kral Endimionun XXX əsrdən XX əsrə gəlmiş qızıdır.[16] XX əsrdə Seylor Munla birlikdə Seylor Çibi Muna (ingilis versiyasında Seylor Mini Mun) çevrilir. XX əsrdəki anası ilə tez-tez mübahisə edir,[17] lakin onu çox sevir. Çibiusa bir gün böyüyüb anası kimi leydi olmaq istəyir.[18]
- Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna?, ingilis versiyasında Trista Meyo) ilk növbədə Məkan-zaman darvazalarını qorumaq ilə vəzifələndirilmiş zaman və məkan döyüşçüsü Seylor Pluton kimi peyda olmuş qadındır. Ölüb dirildikdən sonra Tokioda təhsil almağa başlayır. O, çox ciddi və soyuq şəxsiyyətə malikdir, lakin Seylor döyüşçülərinə bacardığı qədər kömək etməyə çalışır.[19] Uzun müddət Məkan-zaman darvazalarının keşiyində durduğundan özünü tənha hiss edir, ən yaxın dostu Çibiusadır. Seylor Plutonun talismanı Almandin əsasıdır, onunla hücumlarını reallaşdıra və zamanı dayandıra bilər.
- Haruka Tenno (天王 はるか, Ten'ō Haruka?, ingilis versiyasında Amara Tenno) kişixasiyyət, digərlərindən yaşca daha böyük olan qızdır. O, səma və qəzəb döyüşçüsü Seylor Urana çevrilə bilir. Seylor döyüşçüsü olmazdan qabaq ən böyük arzusu avtomobil yarışçısı olmaqdır.[20] Kişi kimi geyinir, kişi kimi danışır. Çətinliyə düşəndə xaricdən gələn köməyə inanmır, Seylor Neptun, Seylor Saturn və Seylor Pluton ilə birlikdə işləməyə üstünlük verir. Seylor Uranın talismanı Kosmik qılıncdır.
- Miçiru Kayo (海王 みちる, Kaiō Michiru?, ingilis versiyası Mişel Kayo) skripkaçı, rəssam və Harukanın partnyorudur. O, okean və nəvaziş döyüşçüsü Seylor Neptuna çevrilə bilir. Seylor Uran ilə rastlaşana qədər tək gəzmişdir.[21] Neptun Seylor həyatına görə arzularının üzərindən xətt çəkmişdir. O, özünü tamamilə vəzifəsinə həsr edir. Dərin Akva güzgüsü Seylor Neptunun talismanıdır.
- Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru?) şirin, tənha gənc qızdır. Balaca uşaq ikən laboratoriyada baş vermiş qəza zamanı sağlamlığına böyük zərər dəymişdir. Ailəsini bürüyən qara qüvvəni məğlub etdikdən sonra Hotaru ölüm və yenidən doğuş döyüşçüsü Seylor Saturna çevrilə bilir.[16] O, tez-tez kədərli olur, adi insan cildində digərlərini sağalda bilir. Seylor Saturnun əsas silahı Səssizlik qlefasıdır. Bu qlefası ilə bir planeti məhv edə bilər. Lakin bu gücündən istifadə etməsi onun ölməsinə və yenidən doğulmasına səbəb olur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! Of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. 283–284. ISBN 1-880656-72-8. OCLC 50898281.
- ↑ Thompson, Jason. Manga: The Complete Guide. New York: Ballantine Books & Del Rey Books. 2007. səh. 309. ISBN 978-0-345-48590-8.
- ↑ Sailor Moon R: The Movie
- ↑ Takeuchi, Naoko. Act 14 // Bishōjo Senshi Sailor Moon Volume 4. Kodansha. July 6, 1993. ISBN 4-06-178753-5.
- ↑ Huge Shock for Usagi! Mamoru Declares a Break Up // Sailor Moon. Series 2. 61 epizod. July 3, 1993. TV Asahi.
- ↑ Grigsby, Mary. "Sailormoon: Manga (Comics) and Anime (Cartoon) Superheroine Meets Barbie: Global Entertainment Commodity Comes to the United States" (PDF). The Journal of Popular Culture (32). 1998. 59–80. doi:10.1111/j.0022-3840.1998.3201_59.x. 17 June 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 20 October 2011.
- ↑ Takeuchi, Naoko. Act 2 // Bishōjo Senshi Sailor Moon Volume 1. Kodansha. July 6, 1992 – September 5, 1996. ISBN 4-06-178721-7.
- ↑ 1 2 Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! Of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. 165–166. ISBN 1-880656-72-8. OCLC 50898281.
- ↑ Takeuchi, Naoko. Act 36 // Bishōjo Senshi Sailor Moon Volume 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
- ↑ Takeuchi, Naoko. Materials Collection. Kodansha. September 1999. səh. 12. ISBN 4-06-324521-7.
- ↑ Takeuchi, Naoko. Act 37 // Bishōjo Senshi Sailor Moon Volume 13. Kodansha. ISBN 4-06-178820-5.
- ↑ Takeuchi, Naoko. Codename wa Sailor V Book 1. Kodansha. December 18, 1993. ISBN 4-06-322801-0.
- ↑ Takeuchi, Naoko. Act 1 // Bishōjo Senshi Sailor Moon Volume 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
- ↑ Crazy for Celebrities! Mimet, in Doubt // Sailor Moon. Series 3. 114 epizod. November 19, 1994. Toei. Asahi.
- ↑ Mays, Jonathon. "Pretty Guardian Sailor Moon - Review". Anime News Network. April 6, 2004. 2009-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-20.
- ↑ 1 2 Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! Of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. 211–123. ISBN 1-880656-72-8. OCLC 50898281.
- ↑ Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! Of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 284. ISBN 1-880656-72-8. OCLC 50898281.
- ↑ Takeuchi, Naoko. Act 35 // Bishōjo Senshi Sailor Moon Volume 12. Kodansha. 1995-09-06. ISBN 4-06-178814-0.
- ↑ Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! Of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 212. ISBN 1-880656-72-8. OCLC 50898281.
- ↑ Takeuchi, Naoko. Back of volume // Bishōjo Senshi Sailor Moon Volume 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
- ↑ The Bond of Destiny! The Distant Days of Uranus // Sailor Moon. Series 3. 106 epizod. September 3, 1994. Toei. Asahi.