Süzen Polqar
Susan Polqar | |
---|---|
mac. Polgár Zsuzsa | |
Ölkə |
Macarıstan ABŞ |
Doğum adı | Polgár Zsuzsanna |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Macarıstan |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
FİDE nömrəsi | 700088 |
Dünya çempionluğu | 1996-99 |
susanpolgar.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969[2], Budapeşt, Macarıstan Xalq Respublikası[3])— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar.
15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.[4] O, qısa müddət əzrində 2007-ci ildən 2009-cu ilə kimi ABŞ Şahmat Federasiyasının icraiyyə şurasının üzvü olub.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]O, Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. O, indi Texasda Labbok şəhərində yaşayır. Polqar kompüter məsləhətçisi Yakov Şutzman ilə evlənib və Nyu-Yorka köçüb. Onların Tom (1999) və Lim (2000) adında iki oğlu oldu. Bir müddətdən sonra onlar boşandılar . Polqar 2006-cı ilin dekabrında biznes meneceri və dostu Pol Çıonq ilə ailə həyatı qurdu.[5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ FİDE FIDE Standard Ratings as of 28 February 2022. 2022.
- ↑ Hosch W. L. Susan Polgar // Encyclopædia Britannica (ing.).
- ↑ Deutsche Nationalbibliothek Record #1028671792 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Yaniv, Oren. "MASTERING CHESS WAS THE EASY PART. BLACK BELT CHAMP TEACHES MOVES IN FOREST HILLS"[ölü keçid], Daily News (New York), April 3, 2005. Accessed June 17, 2009. "This is an excellent club; it's not that formal," said Grandmaster Alexander Stripunsky, 34, co-winner of the 2005 U.S. championship, who, like Polgar and other chess masters, resides in Forest Hills."
- ↑ "Polgar and Truong Marriage Revealed". 2007. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
- ↑ "Susan Polgar Blogspot confirms her marriage to Paul Truong". Susanpolgar.blogspot.com. 2007-05-13. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.