38°43′05″ şm. e. 48°45′11″ ş. u.HGYO

Rvo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rvo
38°43′05″ şm. e. 48°45′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 66 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.462 nəf.
Xəritəni göstər/gizlə
Rvo xəritədə
Rvo
Rvo

RvoAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]

Tarixi XVI–XVII əsrlərə qədər uzanır. Bunu kəndin tərkibində olan XVII əsrdə inşa edilən kənd məscidindən və məzarlıqda olan tarixlərdən də görmək mümkündür.

Əvvəllər kənd Lənkəran tərəfdən QurumbaLerik tərəfdən Təngivan olmaqla 8 kəndi əhatə edirdi. Rvo kəndinin tərkibində — Narbağı, Qurumba, Əşlə, Siyablı,Mollakənd, ŞovuTəngivan kəndləri mövcud idi.

Lakin 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, TəngivanSiyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]

QurumbaNarbağı kəndləri isə, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3] Halhazırda Rvo kəndinin tərkibinə ƏşləMollakənd kəndləri daxildir.

Mütəxəssislərin fikrincə, bu toponim talış, dilində (Rüvə) Rü-çay, Və-ön (Çay önü, çay qabağı) sözündən götürülüb. Bunu yaşayış məntəqəsinin Lənkəran çayının sahilində yerləşməsi ilə əlaqələndirirlər.[4]

İslam dinindən sonra yarandığı üçün, bu yaşayış məntəqəsinin dini İslam dinidir. Və əhalinin çoxu Şiə məzhəbindədirlər. Kənddə hər il Aşura mərasimi qeyd edilir.

Tərkibində kitabxana, XVII əsrə aid məscid, məktəb, uşaq bağçası, poçt, kənd bələdiyyəsi, tibb məntəqəsi, stadion, otel və istirahət yerləri mövcuddur.

Kənd əhalisi əsasən kənd təsərrüfatı olan maldarlıq,əkinçilikmeyvəçiliklə məşğuldur.

  1. Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
  2. "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  3. "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.