Romans

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kameravokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes[1].

Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir HacıbəyovAsəf Zeynallı yaradıb.

  • Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi[2].
  • Elegiya (yun. elegeia, elegos – şikayət) – kədərli, düşüncəli xarakterə malik instrumental və vokal pyes[3].
  • Barkarola (it. barca — qayıq) — 1) Venesiyada yayılmış qayıqçı və ya balıqçı nəğməsi. 2) Zərif, axıcı ahəngli vokal və ya instrumental pyes adı; özünəməxsus ritmli müşayiəti ilə qayığın rəvan yırğalanması və avarların hərəkəti təsvir olunur. 3) Qondolyer nəğməsi[4].

Romans Azərbaycan musiqisində

[redaktə | mənbəni redaktə et]

Romans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi vokal əsərlərini yaratdı. "Sənsiz" və "Sevgili canan" romanslarının ilk ifaçısı Bülbül olmuşdur[5]. Bu romansı son 20 ildə cəmi iki müğənni ifa etməyə cəsarət etmişdir: Lütfiyar İmanovRauf Adıgözəlov.

Digər bəstəkarlardan A. Zeynallı, Q. Qarayev, F. Əmirov, İ. Hacıbəyov, V. Adıgözəlov, A. Rzayevan, Ə. Hüseynzadə, A. Sultanova və b. da romans janrına müraciət etmişlər.

Romans janrına Bülbül, Flora Kərimova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Azər Zeynalov ve digər vokal ifaçıları müraciət etmişdir.

  1. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Romans". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  2. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Ballada". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  3. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Elegiya". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  4. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Barkarola". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  5. "Ü. Hacıbəyov haqqında elektron dərs vəsaiti - Vokal əsərləri". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.