Robber Şuman
Robber Şuman | |
---|---|
fr. Robert Schuman | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Lüksemburq, Fransa |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Mets, Fransa |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil |
![]() |
|
robert-schuman.com | |
![]() |
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952)
Həyatı
[redaktə | vikimətni redaktə et]R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub[1]. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və Birinci Dünya müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi.
R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb.
1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
1948-1952-ci illərdə xarici işlər naziri, 1955-1956-cı illərdə ədliyyə naziri olub.
1958-60 illərdə Avropa Birliyinin məsləhət assambleyasının sədri olub.
R.Şuman 1963-cü il sentyabrın 4-də Mets şəhərində vəfat edib.
Hazırda Avropa İttifaqında yaşayan insanlar R.Şumanı 1950-ci ildə irəli sürdüyü plana görə minnətdarlıq hissi ilə yad edirlər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Köhnə qitə "Avropa Günü"nü qeyd edir". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.
- 29 iyunda doğulanlar
- 1886-cı ildə doğulanlar
- 77 yaşında vəfat edənlər
- 4 sentyabrda vəfat edənlər
- 1963-cü ildə vəfat edənlər
- Strasburq Universitetinin məzunları
- Bonn Universitetinin məzunları
- Berlin Humboldt Universitetinin məzunları
- Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları
- Fransa baş nazirləri
- Lüksemburqda doğulanlar
- Metsdə vəfat edənlər