Reqqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Reqqi
Yarandığı dövr 1961
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ReqqiYamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır.

Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur.

Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır. Əsas alətlərdən biri olan barabanın ritmləri Afrika mənşəlidir və ən məşhuru Nayahbingi ritmidir.

1960-cı illərin sonlarında "Toots and Maystals" qrupunun "Do The Reggay" mahnısı ilk reqqi nümunəsi hesab olunur.

  1. 1 2 Representative List of the Intangible Cultural Heritage of Humanity, Liste représentative du patrimoine culturel immatériel de l’humanité, Lista Representativa del Patrimonio Cultural Inmaterial de la Humanidad (ing.).