Remeyk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Remeyk[1][2][3][4] (ing. remake) — əvvəllər nümayiş etdirilmiş bir filmin və ya televiziya serialının üzərində yenidən işlənilməsi və əsasən eyni mövzunun təkrar çəkilməsidir.[5]

Kinoda istifadə edilən remeyk termini əvvəlki filmdəki mənbə materialını (mövzusunu) istinad kimi yenidən istifadə edən filmlərə aiddir. Bu termin bəzən reimagining (yenidən yaratmaq, yenidən hazırlamaq) adı altında istifadə olunur. Ən məşhur remeyk nümunələrindən biri 2001-ci ildə çəkilmiş "Ouşenin 11 dostu" filminin 1960-cı ildə çəkilmiş olan "Quldurlar" filminin remeyki olmasıdır.[6][7][8][9][10]

Televiziya seriallarında da filmlərdəki qədər olmasa belə, remeyk anlayışından istifadə olunur. Məsələn, Çarlinin mələkləri adlı serial 1976 və 2011-ci ildə iki dəfə çəkilmişdir. Həmçinin, bəzi məşhur filmlər sonradan serial kimi yenidən çəkilmişdir. Buna ən yaxşı nümunə kimi Vampir qatili BaffiTerminator: Sara Konnor Salnamələri adlı serialları göstərmək mümkündür.[11]

  1. Словарь литературоведческих терминов. С. П. Белокурова. 2005.
  2. Русский орфографический словарь Российской академии наук. Отв. ред. В. В. Лопатин.
  3. Толковый словарь иностранных слов Л. П. Крысина.- М: Русский язык, 1998.
  4. Словарь иностранных слов.- Комлев Н. Г., 2006.
  5. Adam, Keplerjuly. "In Hollywood, It's a Reboot by Any Other Name". The New York Times. 22 iyul 2015. 3 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
  6. Porter, Lynnette. The Doctor Who Franchise: American Influence, Fan Culture and the Spinoffs (ingilis). McFarland & Company. 4 September 2012. səh. 61. ISBN 9780786465569. 1 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
  7. The International Journal of Indian Psychology, Volume 3, Issue 4, No. 56 (ingilis). REDSHINE Publication. 25 July 2016. səh. 199. ISBN 9781365239922. İstifadə tarixi: 23 July 2021.
  8. Smith, Iain Robert. Transnational Film Remakes (ingilis). Edinburgh: Edinburgh University Press. 8 March 2017. səh. 180. ISBN 9781474407250. 13 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
  9. Galician, Mary-Lou; Merskin, Debra L. Remakes to Remember: Romantic Myths in Remade Films and Their Original Counterparts // Critical Thinking About Sex, Love, and Romance in the Mass Media: Media Literacy Applications (ingilis). Routledge. 10 July 2007. ISBN 9781135250485. 8 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
  10. Benshoff, Harry. Film and Television Analysis: An Introduction to Methods, Theories, and Approaches (ingilis). Routledge. 16 September 2015. ISBN 9781136473883.
  11. Larke-Walsh, George S. A Companion to the Gangster Film (ingilis). Hoboken, New Jersey: John Wiley & Sons. 12 November 2018. səh. 449. ISBN 9781119041733. İstifadə tarixi: 23 July 2021.