Rafiq Həşimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rafiq Həşimov
Rafiq Məhəmməd oğlu Həşimov
Doğum tarixi (58 yaş)
Doğum yeri Ucar, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Rabitə Kolleci[d]
Fəaliyyəti Televiziya və kino
Fəaliyyət illəri 1987-ci ildən
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti.

Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir.[1] Ailəlidir, bir qızı var.[2][3]

Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olmuş, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərmişdir.[4][5]

Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunmuşdur.[6] Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilmişdir.[7]

2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkmişdir.[8]

Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlamışdır. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[9]

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.

  1. Valın üçüncü üzü (film, 1996) — s\f — ssenarist, Vəli Səyyadi ilə həmmüəllif
  2. Qum dənəsi (film, 1997) — s\f — ssenarist, Elçin Musaoğlu ilə həmmüəllif
  3. Səyyahın gündəliyi (film, 2007) — s\f — ssenarist
  4. Magister dixit (film, 1999) — s\f — ssenarist
  5. Günəş və bulud (film, 2000) — s\f — ssenarist
  6. Gözümün işığı (film, 2002) — s\f — ssenarist
  7. Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002) — s\f — ssenarist və rejissor
  8. Я тобой называю звезды 2004 — s\f — ssenarist və rejissor
  9. Qamış şəhərinin yuxuları (film, 2007) — s\f — ssenarist, Səlim Babullaoğlu ilə həmmüəllif
  10. Diktor (film, 2006) — s\f — ssenarist və rejissor
  11. 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) (mətni oxuyan)
  12. Yarımçıq gündəlik (film, 2011) — s\f — ssenarist (Vəli Səyyadi ilə həmmüəllif) və rejissor.[10]
  13. Səttarın Azərbaycanı (film, 2013) — s\f — ssenarist və rejissor
  14. Odlar torpağının suyu (film, 2015) — s\f — ssenarist və rejissor
  • Yuva (1999)
  • Bir saat (2010)
  • Allahdan qorxurdu (2005)
  • Körpü (1999)
  • Qaraböcək (1999)


  • Kitab (1995)
  • Söz (1999)
  • Tarix (2004)
  • Uşaqlar (1995)
  • Zəhraya (2011)
  • Herman Hesse. Dünya tarixi (rus dilindən tərcümə).
  • Herman Hesse. Sığınacaq (rus dilindən tərcümə).
  • Xorxe Luis Borxes. Kitab (rus dilindən tərcümə).
  • Çeslav Miloş. Yol kənarındakı itciyəz (rus dilindən tərcümə).

Müəllif proqramları

[redaktə | mənbəni redaktə et]
  • XX əsr (1995–1999)
  1. "Televiziyanın aparıcı simaları Nəsimi Nəbizadə və Rafiq Həşimov - YouTube". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  2. "Rafiq Həşimov: "O zaman mənə deyirdilər ki, "niyə evlənmirsən?", cavab verirdim ki, vaxtım yoxdur..." - Müsahibə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  3. "Rafiq Həşimov. Zəhraya (Esse)". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  4. "Rafiq Həşimov: "Televiziyasız yaşamaq faciə deyil"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  5. "Rafiq Həşimov: "Populyarlıq o qədər də yaxşı deyil"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  6. "Rafiq Həşimov: "Teleaparıcı səmimi ola bilirsə…" - Video". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  7. "Rafiq Həşimov: "Mənim azadlığım bilirsiz hara qədərdir?.." - Müsahibə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  8. "Məşhur diktor Rafiq Həşimov nərgizi niyə sevir?". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  9. "Rafiq Həşimov: "Atam mənə velosiped əvəzinə qarmon aldı"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  10. Əlifoğlu, Ş. "Yarımçıq gündəlik" filminin təqdimatı: [rejissor Rafiq Həşimovun şəhid Fuad Əsədova həsr etdiyi eyni adlı sənədli filmi] //Kredo. — 2011.- 25 iyun.- S. 16.