Rafiq Həşimov
Rafiq Həşimov | |
---|---|
Rafiq Məhəmməd oğlu Həşimov | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
|
Fəaliyyəti | Televiziya və kino |
Fəaliyyət illəri | 1987-ci ildən |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar artisti |
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir.[1] Ailəlidir, bir qızı var.[2][3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olmuş, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərmişdir.[4][5]
Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunmuşdur.[6] Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilmişdir.[7]
2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkmişdir.[8]
Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlamışdır. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[9]
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Valın üçüncü üzü (film, 1996) — s\f — ssenarist, Vəli Səyyadi ilə həmmüəllif
- Qum dənəsi (film, 1997) — s\f — ssenarist, Elçin Musaoğlu ilə həmmüəllif
- Səyyahın gündəliyi (film, 2007) — s\f — ssenarist
- Magister dixit (film, 1999) — s\f — ssenarist
- Günəş və bulud (film, 2000) — s\f — ssenarist
- Gözümün işığı (film, 2002) — s\f — ssenarist
- Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002) — s\f — ssenarist və rejissor
- Я тобой называю звезды 2004 — s\f — ssenarist və rejissor
- Qamış şəhərinin yuxuları (film, 2007) — s\f — ssenarist, Səlim Babullaoğlu ilə həmmüəllif
- Diktor (film, 2006) — s\f — ssenarist və rejissor
- 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) (mətni oxuyan)
- Yarımçıq gündəlik (film, 2011) — s\f — ssenarist (Vəli Səyyadi ilə həmmüəllif) və rejissor.[10]
- Səttarın Azərbaycanı (film, 2013) — s\f — ssenarist və rejissor
- Odlar torpağının suyu (film, 2015) — s\f — ssenarist və rejissor
Hekayələr
[redaktə | mənbəni redaktə et]- Yuva (1999)
- Bir saat (2010)
- Allahdan qorxurdu (2005)
- Körpü (1999)
- Qaraböcək (1999)
Esselər
[redaktə | mənbəni redaktə et]- Kitab (1995)
- Söz (1999)
- Tarix (2004)
- Uşaqlar (1995)
- Zəhraya (2011)
Tərcümələr
[redaktə | mənbəni redaktə et]- Herman Hesse. Dünya tarixi (rus dilindən tərcümə).
- Herman Hesse. Sığınacaq (rus dilindən tərcümə).
- Xorxe Luis Borxes. Kitab (rus dilindən tərcümə).
- Çeslav Miloş. Yol kənarındakı itciyəz (rus dilindən tərcümə).
Müəllif proqramları
[redaktə | mənbəni redaktə et]- XX əsr (1995–1999)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Televiziyanın aparıcı simaları Nəsimi Nəbizadə və Rafiq Həşimov - YouTube". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "O zaman mənə deyirdilər ki, "niyə evlənmirsən?", cavab verirdim ki, vaxtım yoxdur..." - Müsahibə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov. Zəhraya (Esse)". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "Televiziyasız yaşamaq faciə deyil"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "Populyarlıq o qədər də yaxşı deyil"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "Teleaparıcı səmimi ola bilirsə…" - Video". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "Mənim azadlığım bilirsiz hara qədərdir?.." - Müsahibə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Məşhur diktor Rafiq Həşimov nərgizi niyə sevir?". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "Rafiq Həşimov: "Atam mənə velosiped əvəzinə qarmon aldı"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ Əlifoğlu, Ş. "Yarımçıq gündəlik" filminin təqdimatı: [rejissor Rafiq Həşimovun şəhid Fuad Əsədova həsr etdiyi eyni adlı sənədli filmi] //Kredo. — 2011.- 25 iyun.- S. 16.
- Yaşayan insanlar
- 11 avqustda doğulanlar
- 1966-cı ildə doğulanlar
- Bakı Rabitə Kollecinin məzunları
- Ucarda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Azərbaycan jurnalistləri
- Diktorlar
- Azərbaycan rejissorları
- Azərbaycanın televiziya aparıcıları
- Azərbaycan ssenaristləri
- Azərbaycan Televiziyasının jurnalistləri