Raca Dahir
Raca Dahir | |
---|---|
راجا ڏاھر | |
Doğum tarixi | 663 |
Vəfat tarixi | 712 |
Vəfat yeri |
|
Raca Dahir (Sanskrit: राजा दाहिर) (Sind dilində: راجا ڏاھر), IAST: Rājā Dāhir; 663 – 712, Hind və ya Nəvabşah[d], Sind əyaləti) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür.
"Şahnamə"də hakimiyyəti dövrü
[redaktə | mənbəni redaktə et]Şahnamə Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Saqafi soyadlı bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi.[1]
Əməvilərlə müharibə
[redaktə | mənbəni redaktə et]O dedi, mən ərəblərlə açıq döyüşdə qarşılaşmağa və onlarla bacardığım qədər yaxşı formada hərb etməyə hazırlaşıram. Əgər onları məğlub etsəm, onda mənim krallığım daha möhkəm olacaq. Əgər məni şərəfimlə öldürsələr bu hadisə barədə Ərəbistan və Hindistan kitablarında qeyd olunacaq, o barədə böyük insanlar danışacaq və deyiləcək ki, Sinddən olan Raca Dahir öz qiymətli həyatını düşmənlə mübarizədə ölkəsi uğrunda fəda etdi.[2] |
Şahnamədə qeyd olunur ki, Bəsrə hakimi əl-xərac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər. Raca Dahirin hakimiyyəti dövründə isə Kutç, Debal və Kathiavarda ərəblərin gəmilərinə dəniz quldurlarının tez-tez qarətçi yürüşləri baş verirdi.
Həccacın növbəti yürüşü Məhəmməd ibn Qasimin rəhbərliyi altında başladı. 711-ci ildə Qasim Debala hücum etdi və Əl-Həccacın əmri ilə əvvəlki yürüşərdə əsir düşənləri azad etdi. Həccac Debaldan Neruna doğru hərəkt etdi; Buddist hakimin şəhəri Xilafətin hakimiyyətini qəbul etdi və Əl-Həccaca təslim oldu. Qasimin ordusu Sivistanı ələ keçirdi və bir neçə qəbilə rəhbəri ondan asıllığı qəbul etdi və ətrafındakı ərazilərdə təhlükəsizliyi təmin etdi. Onların birləşmiş qüvvələri Sisam qalasını da ələ keçirdilər və Hind çayının qərbindəki ərazi də təhlükəsizliyi təmin etdi.
Nerun, Bəcr, Kaka Kolaka və Sivistandan olan yerli tayfalardan medlərin, bhuttların və buddist hakimlərin dəstəyi ilə Məhəmməd ibn Qasim Dahir üzərində qələbə qazandı və onun şərt torpaqlarını Əməvilər Xilafətinə birləşdirdi.
Həlledici döyüş ərəfəsində Dahirin vəziri ona yaxınlaşaraq Dahirdən Hindistanın dost krallarından birinin yanında gizlənməyi təklif etdi və dedi:
Mən sizinlə ərəb ordusu arasında müdafiə divarıyam. Əgər mən alınsam sizin onların əllərində məhvinizin qarşını heç nə ala bilməz. Vəzir dedi: Əgər bu Dahir üçün qəbbuledilməzdiirsə, onda gərək ən azından onun ailəsini Hindistanın hansısa təhlükəsiz məntəqəsinə göndərmək lazımdır. Dahir bu təklifi rədd etdi: Mən öz ailəmi təhlükəsiz bir yerə göndərə bilmərəm, hələ ki, mənim takurlarımın və əyanlarımın ailəsi burada qalmalıdır, deyə cavab verdi.[3] |
Daha sonra Dahir Qasimə əngəl olmaq üçün Hind çayını keçdi və öz qoşunlarını çayın şərq sahilinə yönəltdi. Son nəticədə Qasim Dahirin oğlu Caysinin rəhbərlik etdiyi qüvvələri Citorda məğlub etdi. Qasimlə Dahir arasında döyüş Raoredə (müasir Navabşah ərazisinə) 712-ci ildə baş verdi. Döyüşdə Dahar Aror yaxınlığında, Hind çayı sahilində öldürüldü. Onnun başı kəsilərək Həccac ibn Yusifə göndərildi.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sajid Ali (September 23, 2015). "Who was Raja Dahir". Sindhi Dunya. Retrieved November 19, 2017". February 3, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 2, 2019.
- ↑ "Rajah Dahar of Sindh". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Manan Ahmed Asif (19 September 2016). A Book of Conquest. Harvard University Press. pp. 8-. ISBN 978-0-674-66011-3". 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
- ↑ "Manan Ahmed Asif (19 September 2016). A Book of Conquest. Harvard University Press. pp. 8-. ISBN 978-0-674-66011-3". 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.