Qumul
Qumul | |
---|---|
42°49′50″ şm. e. 93°30′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 760 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 902 |
Poçt indeksi | 839000 |
Nəqliyyat kodu | 新L |
Digər | |
xjhm.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.[2]>[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil.
Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı.
Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Yuan sülaləsi dövründə Qumullu tarixçi Qanqlı Tutu, məşhur tərcüməçi Bilənnaşil, yüksək rütbəli sərkərdə Tabil kimi şəxslər uyğur tarixində çox mühüm iz qoyublar.
1697-1930-cu illərdə hökmranlıq edən doqquz müsəlman xanlarından yeddinci və doqquzuncu xanlarının ziyarətgahları Qumul şəhərindən orta hesabla bir kilometr cənub-qərbdədir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Turfan kimi Qumul şəhəri də dəniz səviyyəsindən orta hesabla 200 metr aşağıdadır. İqlimi çox müxtəlifdir. Belə ki, yay vaxtı ən yüksək istilik 43 °C, qış aylarında isə havanın tempraturu -32 °C-ə çatır.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Araşdırmaya görə, Sincan Muxtar Bölgəsi və Qumulda 27 növ qarpız yetişir ki, bunlardan ən əhəmiyyətlisi ağ və qara qarpızlardır.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9
- ↑ E. Bretschneider. Notices of the Mediæval Geography and History of Central and Western Asia. Trübner & Company. 1876. 110–.
- ↑ Journal of the North-China Branch of the Royal Asiatic Society. The Branch. 1876. 184–.
- ↑ 3-7 各地、州、市、县(市)分民族人口数 [3-7 Population by Nationality by Prefecture, State, City and County (City)]. tjj.xinjiang.gov.cn (çin). Statistical Bureau of Xinjiang Uyghur Autonomous Region. 2020-06-10. 2020-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.