Qorxmazqala
Qorxmazqala | |
---|---|
Къоркъмаскъала | |
43°01′41″ şm. e. 47°17′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1970 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368080 |
Qorxmazqala (qum. Торкъали) — Rusiya Federasiyası, Dağıstan Respublikası, Xumtorqala rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xutorqala rayonunun və Qorxmazqala kənd sovetliyinin mərkəzidir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Kənd Xumtorqala rayonunun cənubunda, Şura-Ozen çayının sağ sahilində yerləşir. mahaçqala şəhərindən 10 km qərbdədir. Kənd yaxınlığından Qafqaz avtomaqistralı keçir. Kəndin qərbindən isə Şimali Qafqaz dəmiryolu xətti keçir
Qəsəbə torpaqları ilə həmsərhəddir: şimalda Tyube və Şamxal-Termen, şərqdə Zaqorodnı, cənub-şərqdə Leninkent və qərbdə Şanqoda-Şitlib.
Yaşayış məntəqəsi Dağıstanın dağ ətəyi zonasında yerləşir. Relyefi əsasən düzənlikdir. Kəndin cənub hissəsindən tədricən yüksək dağlar başlayır. Kənddən qərbdə Şura-Ozen çayının vadisinə doğru kiçik yüksəkliklər uzanır. Kəndin cənub-qərbində Dağıstan Respublikasının əsas görməli yerlərindən biri Sarıqum barxanı yerləşir. Ərazinin dəniz səviyyəsindən orta yüksəkliyi 61 metr təşkil edir.
Hidroqrafik şəbəkə əsasən Şura-Ozen çayından ibarətdir. Kəndin şimalından Oktyabr İnqilabı adı verilən bir kanal keçir.
Kəndin iqlim yarı quru-dəniz tipidir. Onun iqliminə dəniz üzərində formalaş hava böyük təsir göstərir. Havanın orta illik termperaturu +12°С təşkil edir. İyul ayının orta temperaturu +25°С, yanvar ayının orta temperaturu isə −0,5°С təşkil edir. İl ərzində ərazi üzrə 350 mm yağıntı düşür. Ən çox yağıntı payız mövsümündə düşür.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd 1970-ci ildə salınmışdır. Kəndin salınmasına səbəb 1970-ci ildə Kumtorqala kəndində baş verən zəlzələ olur. Zəlzələdən əhali yeni əraziyə köçürülür və Qorxmazqala kəndi salınır. Əvvəllər kənddə «Markovski» şərabçılıq zavodu fəaliyyət göstərirdi.
1971-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının ali Sovetinin iclasında çıxarılan qərara əsasən Kumtorqala kəndinin adı Dağıstanda sovet hakimyyətinin qurulmasında böyük rolu olan Cəlaləddin Qorxmazovun şərəfinə Qorxmazqala adlandırılmışdır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisinin hamısını süni müsəlmanlar təşkil edir. Etnik baxımından əhalisinin böyük əksəriyyətini qumuqlar təşkil edir. 2002 siyahıyaalmaya görə etnik tərkib[2]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
qumuqlar | 7 033 | 91,1 % |
darginlər | 386 | 5,0 % |
avarlar | 215 | 2,8 % |
digərləri | 88 | 1,1 % |
ümumi | 7 722 | 100 % |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "База микроданных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.