Qonur dağ-meşə torpaqları
Qonur dağ-meşə torpaqları — rütubətli, mülayim-isti iqlim şəraitində, enliyarpaqlı meşələr altında formalaşmış torpaq tipidir. Boz-meşə torpaqları ilə müqayisədə qonur-meşə torpaqlar daha tünd rəngə malikdirlər. Bunun başlıca səbəbi bütün torpaq horizontlarında gilli mineraların və dəmir oksidin toplanması ilə bağlıdır.
Yayıldığı ərazilər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda qonur dağ-meşə torpaqlar dağlıq zonal, rütubətli, dəniz səviyyəsindən 900-2000 m arasında Kiçik Qafqazın şimal və şimal-şərq, Böyük Qafqazın cənub və şərq yamaclarında, Lənkəranın orta dağ zonasında geniş massivlər şəklində yayılmışdır.
İqlimi
[redaktə | mənbəni redaktə et]Ərazidə mülayim isti rütubətli iqlim tipi hakimdir. Burada havanın orta illik temperaturu 8-120C, orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir. Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır.
Morfoloji tərkibi
[redaktə | mənbəni redaktə et]Bu torpaqların yaxşı strukturası vardır. Humus qatında 3-7% humus olur. Yuxarı horizontlarda humusun miqdarı 5-8% təşkil edir. Qonur dağ-meşə torpaqlarının respublikada ümumi sahəsi 416,5 min hektardır.
Lənkəran rayonunda qonur dağ-meşə torpaları 600-1800 m hündürlüklərdə şabalıdyarpaq palıd (cənub yamacda), fıstıq və palıd-vələs meşələri altında yayılmışdır. Alçaq və orta dağ qurşaqlarında erozion tektonik və parçalanmış relyef şəraiti səciyyəvidir. Bir çox ərazilərdə xüsusən cənub yamaclarda və 1000-1200 m yüksəkliklərdə meşələr qırılmış və kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Antropogen təsir azalarsa, meşə örtüyü tam bərpa oluna bilər. Bəzi yerlərdə antropogen təsir nəticəsində meşə örtüyünü çəmən-kol formasiyaları əvəz etmişdir. Torpaqəmləgətirən süxurlar əsasən çökmə və tufogen çökmə süxurlarının aşınma məhsullarında ibarətdir. Relyefin meyilliyindən asılı olaraq bu çöküntülərin qalınlığı 0,50-3 m arasında dəyişir.
Yarımtipləri
[redaktə | mənbəni redaktə et]R.V.Kovolyov və B.İ.Həsənov Lənkəran rayonunun qonur dağ meşə torpaqlarını iki yarımtipə ayırmışlar.
- Podzollaşmış qonur dağ-meşə
- Tipik qonur dağ-meşə