Qonkur mükafatı
Qonkur mükafatı (fr. Prix Goncourt) — ən yaxşı roman üçün Qonkur qardaşlarının adını daşıyan Fransanın ən nüfuzlu ədəbi mükafatı. 1903-cü ildən etibarən hər il Qonkur akademiyası üzvlərinin səsverməsi əsasında Parisdəki "Druan" (Drouant) restoranında təşkil edilən xüsusi şam yeməyi zamanı təqdim edilir. Mükafatın məbləği simvolikdir (hazırda on avro), lakin bir qayda olaraq, mükafatın verilməsi qalib romanın satışını əhəmiyyətli dərəcədə artırır və onun müəllifini fransız ədəbiyyatında ön sıralara çıxarır.
Qonkur akademiyasına ildə 60 frank nominal qonorar alan Fransanın ən məşhur on yazıçısı daxildir. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və yalnız bir kitaba səs verə bilər. Səslər bərabər olduqda, sədrin səsinin verildiyi əsərə üstünlük verilir. Müxtəlif dövrlərdə Qonkur akademiyasının üzvləri yazıçılar Alfons Dode, Jül Renar, böyük Roni, Filip Eria, Erve Bazen, Lui Araqon və başqaları olmuşlar.
Qonkur mükafatının əsasnaməsinə görə, bu mükafat müəllifə ömür boyu yalnız bir dəfə verilə bilər. Yeganə istisna yazıçı Romen Qaridir. O, ilk dəfə 1956-cı ildə laureat olmuşdu və 19 il sonra Emil Ajar adı ilə yenidən mükafata layiq görüldü. Qarinin ədəbi hiyləsi Ajarın mükafata layiq görülməsindən sonra üzə çıxdı.
Əsas mükafat və paralel Qonkur liseyçilər mükafatı ilə yanaşı, Qonkur akademiyası debüt romanı, poeziya, novella və bioqrafik əsərlər üçün də mükafat verir. Son illərdə Fransa İnstitutu frankofoniya proqramı çərçivəsində Şərqin (Livan) və Avropanın bir sıra ölkələrinin (İtaliya, Polşa, Rumıniya, Serbiya) seçimi əsasında fransız yazıçıları üçün Qonkur mükafatlarını da təsis etmişdir.
Laureatlar
[redaktə | mənbəni redaktə et]- 1903 — Con-Antuan No, "Düşmən qüvvə"
- 1904 — Leon Frapye, "Uşaq bağçası"
- 1905 — Klod Farrer, "Sivilizasiyanın rəngi"
- 1906 — Jan və Jerom Taro, "Dinqli, dahi yazıçı"
- 1907 — Emil Mozelli, "Fil dişindən yunəyirmə maşını"
- 1908 — Fransis de Miomandr, "Suda yazılmış"
- 1909 — Marius-Are Leblon, "Fransada"
- 1910 — Lui Perqo, "Tülküdən Marqoya"
- 1911 — Alfons de Şatobrian, "Cənab de Lurdin"
- 1912 — Andre Savinyon, "Yağış qızları"
- 1913 — Mark Elder, "Dəniz xalqı"
- 1914 — Adrian Bertran, "Yerin çağırışı"
- 1915 — Rene Benjamen, "Qaspar"
- 1916 — Anri Barbüs, "Atəş"
- 1917 — Anri Malerb, "Yumruqdakı alov"
- 1918 — Jorj Düamel, "Sivilizasiya"
- 1919 — Marsel Prust, "Çiçəkli qızların kölgəsində"
- 1920 — Ernest Peroşon, "Nen"
- 1921 — Rene Maran, "Batuala"
- 1922 — Anri Bero, "Ay zəhəri"
- 1923 — Lüsyen Fabr, "Rabvel və ya alovlananların ağrısı"
- 1924 — Tyerri Sandr, "Doqquzdon, məhşər, XIII bölmə"
- 1925 — Moris Jenevua, "Adadovşanı"
- 1926 — Anri Deberli, "Fedranın dabanı"
- 1927 — Moris Bedel, "Jerom 60° şimal enliyi"
- 1928 — Moris Konstanten-Veyyer, "Öz keçmişi üzərindəki insan"
- 1929 — Marsel Arlan, "Sahman"
- 1930 — Anri Fokonye, "Malayziya"
- 1931 — Jan Fayyar, "Sevgidən xəstəsi"
- 1932 — Gi Mazelin, "Canavarlar"
- 1933 — Andre Malro, "İnsan taleyi"
- 1934 — Roje Versel, "Kapitan Konan"
- 1935 — Jozef Peyr, "Qan və işıq"
- 1936 — Maksens van de Meyerş, "Tanrının barmaq izi"
- 1937 — Şarl Plisnye, "Saxta pasportlar"
- 1938 — Anri Truayya, "Hörümçək"
- 1939 — Filipp Eria, "Pozulmuş uşaqlar"
- 1940 — Fransis Ambriyer, "Böyük kanikullar"
- 1941 — Anri Purra, "Mart küləyi"
- 1942 — Mark Bernard, "Uşaqlara bənzəyənlər"
- 1943 — Marius Qru, "İnsanın keçidi"
- 1944 — Elza Triole, "Parçanın zədələnməsinə görə cərimə 200 frankdır" toplusu
- 1945 — Jan-Lui Bori, "Mənim kəndim alman tabeliyində"
- 1946 — Jan Jak Qotye, "Bir macəranın tarixi"
- 1947 — Jan-Lui Kürtis, "Gecə meşəliyi"
- 1948 — Moris Drüon, "İnsanların sonu"
- 1949 — Rober Merl, "Okean sahilində həftəsonu"
- 1950 — Pol Kolen, "Vəhşi oyunlar"
- 1951 — Jülyen Qrak, "Sirt sahili" (mükafatdan imtina edib)
- 1952 — Beatris Bek, "Leon Moren, keşiş"
- 1953 — Pyer Qaskar, "Ölülərin vaxtı"
- 1954 — Simona de Bovuar, "Naringilər"
- 1955 — Roje İkor, "Qarışıq sular"
- 1956 — Romen Qari, "Səmanın kökləri"
- 1957 — Roje Vayyan, "Qanun"
- 1958 — Fransis Valder, "Sen-Jermen və ya Neqosiant"
- 1959 — Andre Şvarts-Bart "Sonuncu mömin"
- 1960 — Vintila Qoriya, "Tanrı sürgündə doğulub"
- 1961 — Jan Ko, "Tanrının divanələri"
- 1962 — Anna Lanqfüs, "Qum baqaj"
- 1963 — Arman Lanu, "Dəniz çəkiləndə"
- 1964 — Jorj Konşon, "Vəhşi dövlət"
- 1965 — Jak Borel, "Məftunluq"
- 1966 — Edmonda Şarl-Ru, "Palermonu unutmalı"
- 1967 — Andre Pyer de Mandyarq, "Boşluq"
- 1968 — Bernar Klavel, "Qış meyvələri"
- 1969 — Marso Felisyen, "Krizi"
- 1970 — Mişel Turnye, "Meşənin hökmdarı"
- 1971 — Jak Loran, "Axmaqlıqlar"
- 1972 — Jan Karyer, "Mayyedən olan şahin"
- 1973 — Jak Şesse, "Adamyeyən"
- 1974 — Paskal Lene, "Krujevaçı qız"
- 1975 — Emil Ajar (Romen Qari), "Həyat qabaqdadır"
- 1976 — Patrik Qrenvil, "Alovlananlar"
- 1977 — Didye Dekuen, "Con-Ad"
- 1978 — Patrik Modiano, "Qaranlıq dükanlar küçəsi"
- 1979 — Antonin Mayye, "Pelaji-araba"
- 1980 — İv Navarr, "Zoopark"
- 1981 — Lüsyen Bodar, "Anna-Mariya"
- 1982 — Dominik Fernandez, "Mələyin ovcunda"
- 1983 — Frederik Tristan, "Azmış ruhlar"
- 1984 — Marqerit Düras, "Məşuq"
- 1985 — Yan Keffelek, "Barbar toylar"
- 1986 — Mişel Qost, "Gecə qulluqçusu"
- 1987 — Tahar Benjellun, "Müqəddəs gecə"
- 1988 — Erik Orsenna, "Müstəmləkə sərgisi"
- 1989 — Jan Votren, "Mehriban tanrıya doğru böyük addım"
- 1990 — Jan Ruo, "Şöhrət çölləri"
- 1991 — Pyer Kombesko, "Qolqofanın qızları"
- 1992 — Patrik Şamuazo, "Teksako"
- 1993 — Amin Maaluf, "Tanios qayası"
- 1994 — Didye Van Koveler, "Bir istiqamətli yol"
- 1995 — Andrey Makin, "Fransız vəsiyyəti"
- 1996 — Paskal Roz, "Ovçu Zero"
- 1997 — Patrik Rambo, "Döyüş"
- 1998 — Pol Konstan, "Səmimiyyətə qarşı səmimiyyət"
- 1999 — Jan Eşnoz, "Mən gedirəm"
- 2000 — Jan-Jak Şul, "İnqrid Kaven"
- 2001 — Jan-Kristof Rufen, "Qırmızı Braziliya"
- 2002 — Paskal Kinyar, "Gəzən kölgələr"
- 2003 — Jan-Pyer Ammet, "Brextin sevgilisi"
- 2004 — Loran Qode, "Skort klanının günəşi"
- 2005 — Fransua Veyyerqan, "Anamın yanında üç gün"
- 2006 — Conatan Littell, "Xeyirxah xanımlar"
- 2007 — Jil Lerua, "Alabamanın nəğməsi"
- 2008 — Atik Rahimi, "Singe Sabur. Səbr daşı"
- 2009 — Mari Ndyay, "Üç güclü qadın"
- 2010 — Mişel Uelbek, "Xəritə və ərazi"
- 2011 — Jenni Aleksis, "Fransız müharibə sənənti"
- 2012 — Jerom Ferrari, "Romanın çöküşü barədə nəsihət"[1].
- 2013 — Pyer Lemetr, "Yuxarıdakılar, görüşənədək"
- 2014 — Lidiya Salver, "Ağlamaq olmaz"
- 2015 — Enar Matyas, "Boussole"
- 2016 — Leyla Slimani, "İdeal dayə" ("Chanson douce")
- 2017 — Erik Vüyyar, "Gündəlik qrafik" ("L’Ordre du jour")
- 2018 — Nikolya Matye, "Onların uşaqları özlərindən sonra"
- 2019 — Jan-Pol Dübua, "Dünyada hamı eyni cür yaşamır"
- 2020 — Erve Le Tellye, "Anomaliya"
- 2021 — Məhəmməd Mbuqar Sarr, "İnsanların ən gizli xatirəsi"
- 2022 — Brijitt Jiro, "Sürətli yaşamaq"
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]1951-ci ildə fransız yazıçısı Pyer Qamarra "Qatilə – Qonkur mükafatı" detektiv hekayəsini yazır. Mükafatın nüfuzunu qəsdən aşağı salmağa dair ittihamların qarşısını almaq üçün romanın mətnindən əvvəl bildiriş yerləşdirilmişdi: "Bu romanın bütün faktları və personajları uydurmadır. Qonkur mükafatı yalnız bütün ədəbi mükafatların ən məşhuru olduğuna görə götürülüb, lakin onu hər hansı digər mükafatla əvəz etmək olar."
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Жером Феррари получил Гонкуровскую премию Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Goncourt Academy-nin rəsmi saytı (fr.) )
- Луков, Владимир Андреевич. "Гонкуровская премия". Электронная энциклопедия «Современная французская литература». 2011. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-16.