Qoca Xottabıç (film, 1956)
Qoca Xottabıç | |
---|---|
rus. Старик Хоттабыч | |
Janr | Nağıl |
Rejissor | Gennadi Kazanski |
Ssenari müəllifi | Lazar Lagin |
Baş rolda | Nikolay Volkov |
Operator | Müzakir Şükürov |
Bəstəkar | Nadejda Simonyan |
İstehsalçı | "Lenfilm" kinostudiyası |
İlk baxış tarixi | 1956 |
Müddət | 86 dəqiqə |
Büdcə | 3 milyon rubl |
Ölkə | SSRİ |
Dil | rus |
İl | 1956 |
Rəng | rəngli |
IMDb | ID0049794 |
"Qoca Xottabıç" (rus. Старик Хоттабыч) — rejissor Gennadi Kazanskinin 1956-cı ildə çəkdiyi film.
Məzmun
[redaktə | mənbəni redaktə et]12 yaşlı pioner şagird Volka Kostrikov Moskva çayından bir küp tapır. Evə gələrək küpü açır. Həmin küpün içərisindən Həsən Əbdürrəhman ibn Xottab (Nikolay Volkov) adlı cin çıxır. Həmin cinin artıq 3732 yaşı vardır. Və o, min illərdir ki, küpün içərisindədir. Ona görə bilmir ki, öz xilaskarına — Volkaya necə yaxşılıq etsin. Volka ondan coğrafiya dərsindən kömək etməyi xahiş edir. Lakin cinin coğrafi təfəkkürü geridə qalmışdır. Ona görə də müəllimi Volkaya deyir: Volka sən qədim dövrün coğrafi baxışlarını düzgün bilirsən. Daha sonra Xottabıç Volkaya saray, dəvə karvanları və s. hədiyyə etmək istəyir, lakin Volka bunların heç birini qəbul etmir. Bununla rejissor sovet pionerləri ruhunda tərbiyə olunan bir oğlan obrazını yaratmaq istəmişdir. Sonda Volka Xottabıçı sirkə aparır. Və sirkdə Xottabıç öz heyrətamiz illüziya nömrələrini göstərir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi — Lazar Lagin
- Rejissor — Gennadi Kazanski
- Operator — Müzakir Şükürov
- Səs operatoru — Qriqori Elbert
- Rəssam — İsaak Kaplan, Bella Meneviç
- Bəstəkar — Nadejda Simonyan
Rollarda
[redaktə | mənbəni redaktə et]- Nikolay Volkov — Xottabıç
- Alyoşa Litvinov — Volka Kostrikov
- Olqa Çerkasova — Varvara Stepanova
- Maya Blinova — Volkanın anası
- Yefim Kopelyan — Cəfər Əli Məhəmməd, Bakılı qazma ustası
- Alekdandr Larikov — həkim
Filmi izlə
[redaktə | mənbəni redaktə et]Qoca Xottabıç filmi — azərbaycan dilində Arxivləşdirilib 2016-05-02 at the Wayback Machine