Qazax radiosu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qazax radiosu
Şəhər Astana
Ölkə Qazaxıstan Qazaxıstan Respublikası
Tezlik 106,8
Başlama tarixi 29 sentyabr 1921-ci il
Sayt qazradio.fm

Qazax Radiosu (Qazax Radiosu) — Qazaxıstan Respublikasının dövlət informasiya və əyləncə radio stansiyasıdır. Qazaxıstan Respublikası televiziyaradio verilişləri kompaniyasının tərkibinə daxildir.[1]

1921-ci il 29 sentyabrda Qazaxıstanda Muxtar Sovet Sosialist Respublikasının poçt və Teleqraf Xalq Komissarlığı tərəfindən qəbul edilmiş qərara əsasən təşkil olunmuşdur. 1921-ci ilin oktyabrında o zamanlar Qazaxıstanın paytaxtı olan Orenburqda fəaliyyətə başlayan radio verilişləri bütün ölkə ərazisini əhatə edirdi. 23 Mart 1927-ci ildə efirdə ilk dəfə qazax dilində verilişlər yayımlandı.[2] 2012-ci il oktyabr ayının 1-dən Astanada yeni media mərkəzinə köçürülmüşdür.

1950-ci illərdə Qazaxıstan radiosunda bəstəkar A. Esbayev musiqi redaktoru idi.

  1. "QAZAQ RADIOSY". 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  2. Қазақ мәдениеті. Энциклопедиялық анықтамалық. Алматы: “Аруна Ltd.” ЖШС, 2005 ISBN 9965-26-095-8