Qaradolaq (Ağcabədi)
Qaradolaq | |
---|---|
39°55′33″ şm. e. 47°28′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır.[3]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır. Kəngərlilər tərkibində olmuş qaradolaqlar keçmişdə Kür çayı sahillərində Çılpaqqaya, İcqan, Qaraca, Canavar yeri, Mehmanhəsən yeri, Axmaz arası və başqa ərazilərdə yaşamışlar. Qaradolaq tayfaları 1900–1905-ci illərdə oturaqlaşaraq müəyyən tirələrə parçalanmış və İmamqulubəyli, Məmmədbəyli, Məşədiismayıllı, Əbişbəyli, Əmirxanlı, Qaradolaq və s. kəndlər yaratmışlar. Bəzi araşdırıcılar qaradolaqları (Cavad qəzası ərazisində yaşayan qaradolaqları) təklə tayfaları ilə eyniləşdirir. Təklələr səlcuq-oğuz tayfalarındandır. Sonra bəzi mənbələrdə onlar şahsevənlərin tirəsi kimi göstərilir. Qaradolaq elinin tirə və nəsillərindən avaslılar, alxanuşağı, qrallar, quluuşağı, şahverdilər, əmirxanlılar, tanrıverdilər, allahverənlər, mehdiuşağı və başqalarını göstərmək olar. İrili-xırdalı 30 kənddən ibarət olan Qaradolaq eli yayı yayalaqlarda, qışı qışlaqlarda Kürün sağ sahillərində, Nəfəqulubəylidən Zərdab rayonunun ərazilərinə qədər uzanan torpaqlarda keçirərdilər. Qaradolaq camaatının bir hissəsi köçəri həyat, bir hissəsi isə oturaq həyat tərzi keçirirdi.[3]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisinin sayı 2766 (2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
- ↑ 1 2 3 Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2007
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |