Qapalı göz hallusinasiyaları
Qapalı gözlərlə hallüsinasiya və vizuallaşdırmalar gözlərin bağlı olduğu vəziyyətdə və ya insan qaranlıq bir məkanda olarkən meydana gələn hallüsinasiyalardır. Onlar fosfenin bir növü sayılır. Bəzi insanlar bu hallüsinasiyaları psixodelik maddələrin təsiri altında yaşadıqlarını bildirirlər. Bu hallüsinasiyaların açıq gözlərlə baş verən digər hallusinasiyalardan fərqli bir təbiətə sahib olduğu müəyyən edilmişdir.
Qapalı göz hallüsinasiyalarının növləri
[redaktə | mənbəni redaktə et]Ümumilikdə belə hallüsinasiyaların beş növü ayırd edilmişdir. Lakin heç bir maddə qəbul etməyən adi bir insanda bu növlərdən yalnız ikisinə rast gəlmək olar. Geri qalan növləri isə görmək üçün əlavə maddələrdən istifadə etmək lazım gəlir.
Vizual qar
[redaktə | mənbəni redaktə et]Qapalı göz hallüsinasiyalarının ən əsas forması hər kəsin yaşadığı gözlərdə dalğalanmadır. Bu zaman insan heç bir əlavə təsir olmadan baxış sahəsi boyunca hərəkət edən bir sıra rəngli nöqtələr görür.
Bu nöqtələrin görünməsinə gözlərin bağlı olduğu bir vəziyyətdə, göz qapaqlarının arxaya baxdığı halda rast gəlmək olar. İşıqlı otaqda göz qapaqlarından daxil olan işığın kapilyarlardakı qanın rəngini alması səbəbilə tünd qırmızı rəngli dairələr də insan gözünə görünə bilər. Qaranlıq otaqda bəzən obyekti görmək mümkün olmasa da, bəzən obyekt çox aydın şəkildə də görünə bilər. Vizual qar sindromundan əziyyət çəkən insanlar gözlərinin açıq və qapalı halda olmasından və faktorlardan asılı olmayaraq gözlərində dalğalanmalar müşahidə edirlər.[1]
İşığın və ya rəngli ləkələrin qəbulu
[redaktə | mənbəni redaktə et]Bu mərhələdə insan artıq öz görmə sahəsində müxtəlif rəngli fiqurları görür və həmin fiqurlar görmə sahəsində hərəkət edirlər. Həmin ləkələr qısa ömürlüdürlər və bir müddətdən sonra yoxa çıxırlar.[2][3]
Hərəkətli naxışlar
[redaktə | mənbəni redaktə et]Hərəkətli naxışların görünməsi ən çox xüsusi maddələrdən istifadə edən insanlarda rast gəlinir. Bu zaman insan gözlərində dalğalanma hiss etmir, lakin onları bəzən fraktallara bənzəyən formasız obyektlər əvəz edir. Hipnaqogiya zamanı da oxşar hallar müşahidə olunur. Maraqlısı odur ki, insan gözünü açdıqdan sonra da bu naxışları hələ də hiss edə bilir. Bəzi hallarda isə insan gözünə cürbəcür cisimlər də görünə bilər.
Geniş miqyaslı hallüsinasiyalar
[redaktə | mənbəni redaktə et]Bu səviyyəyə təcrid kamerasında və ya hipnoz altında olan bir insanda tam duyğu məhrumiyyətindən sonra çatmaq olar. Bu zaman insan tam sakit vəziyyətdə olmalıdır. İnsanın tam yuxuya getmə anında da belə hallüsinasiyalara rast gəlmək olar.[4][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ M., Kelly, Theresa. Empathy : a quantum approach - the psychical influence of emotion. 2012. 201. ISBN 978-1105482885.
- ↑ Ladd, George Trumbull. "Direct control of the retinal field". Psychological Review. 351–355.
- ↑ Direct control of the 'retinal field': Report on three cases.. (ingilis). doi:10.1037/h0071738. 2024-02-17 tarixində arxivləşdirilib.
- ↑ Lilly, John C. The Center of the Cyclone. Marion Boyars Publishers Ltd. ISBN 0-7145-0961-2.
- ↑ Lilly, John C. The Deep Self: Profound Relaxation and the Tank Isolation Technique. Warner Books. 1978. ISBN 0-446-33023-X.