Qalxancıqdaşıyanlar
Qalxancıqdaşıyanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qalxancıqdaşıyanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qalxancıqdaşıyanlar dəstəsi (lat. Glomerida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə
Xarici quruluşu
[redaktə | vikimətni redaktə et]
Bu çoxayaqlıların yalnız 12 görünən qalxancığı, erkəklərdə 17, dişilərdə 19 cüt ayağı var. Özü də erkəklərin son 3 cüt ayağı qonopodilərə çevrilmişdir. Bel qalxancıqları dartılmış və çox enlidir, buna görə də yuxarıdan baxdıqda ayaqları nəzərə çarpmır.[3]
Həyat tərzi
[redaktə | vikimətni redaktə et]Bu cür çoxayaqlını narahat etdikdə o, kürəcik şəklində yumrulanır, başını altına əyərək, onu etibarlı halda qoruyur. Daha çox yayılmış qlomerislərə (Glomeridae fəsiləsi) Avropa ərazisinin rütubətli yarpaqlı və qarışıq meşələrində, Qafqazın və Orta Asiyanın meşələrində təsadüf etmək olar. Topa-topa yumurtaqoyan əksər çoxayaqlılardan fərqli olaraq, qlomerislər torpağın çatlarına və ağac qabıqlarına bir-bir, iki-iki dağınıq halda yumurta qoyurlar. 3 ildən artıq davam edən inkişaf zamanı 9 qabıqqoyma baş verir: qabıqqoyma yaşlı vəziyyətdə də davam edə bilər. Qlomerislər döşənəyin fəal parçalayıcılarından biri olmaqla, torpağın humusla zənginləşməsində böyük rol oynayırlar.[3]
Yayılması
[redaktə | vikimətni redaktə et]Azərbaycanda Glomeridae fəsiləsindən endemik növ olan Hyleoglomeris lencorana Gol. Lənkəran zonasının hirkan enliyarpaqlı meşələrində çürümüş ağac koğuşunda aşkar edilmişdir. Bu cinsin başqa növü Hyleoglomeris sp. Şuşa şəhəri yaxınlığında mağaradan tapılmışdır.[3]
Təsnifatı
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Shear W. A. Class Diplopoda de Blainville in Gervais, 1844. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 159–164. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004