Qəribə velviçiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəribə velviçiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qəribə velviçiya (lat. Welwitschia mirabilis) — bitkilər aləminin qnetumlar şöbəsinin qnetumlar sinfinin velviçiyalar dəstəsinin velviçiyakimilər fəsiləsinin velviçiya cinsinə aid bitki növü.

Namibiya və Anqolaya xasdır.

Bitki adətən ingilis dilində "welwitschia" kimi tanınır, lakin tumbo ağacı adı da istifadə olunur. Namada "kharos" və ya "khurub", afrikaansda "tweeblaarkanniedood", Damarada "nyanka", Hereroda "onyanqa adlanır. Qeyri-rəsmi mənbələrdə bitki adətən "canlı fosil" kimi istifadə olunur.

Qəribə velviçiya 1859-cu ildə indiki Anqolada bitkini təsvir edən ilk avropalı olan Avstriyalı botanik və həkim Friedrich Velviçin adını daşıyır. Velviç bitkidən o qədər heyrətə gəldi ki, "bir toxunuşun xəyal məhsulu olduğunu sübut etməsindən qorxaraq diz çöküb ona baxmaqdan başqa heç nə edə bilmədi." London Linnean Cəmiyyətindən Dalton Hooker Velviçin təsvirindən istifadə edərək və Namibiyada bitkini müstəqil şəkildə qeydə almış rəssam Tomas Bainesin materialı ilə birlikdə material toplayıb, növləri təsvir etdi.

Canlı fosil bitkisi olaraq da bilinən ən uzun ömürlü bitkilərdən biri yenə Afrikada tapılan ən nadir bitki növlərindən biridir. Bu qəribə görünüşlü bitkinin odunlu, qalın, qısa və qalın gövdəsi var. Bu bitkinin çox yavaş böyümə sürəti var və yer üzündə 1000-2000 il yaşadığına inanılır.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tumboa bainesii Hook.f.
  • Welwitschia bainesii (Hook.f.) Carrière
  • Welwitschia mirabilis subsp. namibiana Leuenb.
  • Welwitschia namibiana (Leuenb.) Christenh. & Byng