Qıcıqlanma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fotomaton 2004 Mari-Pol Haar

Qıcıqlanma — şüurlu düşüncədə qıcıqlandırıcı və yayındırıcı təsirlərlə xarakterizə olunan xoşagəlməz bir ruh halıdır. Məyusluqqəzəb kimi duyğulara səbəb ola bilər. Asanlıqla əsəbləşmə xüsusiyyətinə qıcıqlanma deyilir.

Hər hansı bir duyğu kimi, qıcıqlanmanın da müxtəlif səbəbləri var. Qıcıqlanma səbəbləri subyektivdir. Qıcıqlanma müxtəlif səviyyələrində ola bilən bütün mənfi emosiyalar qrupunu təsvir edir. Qıcıqlanma zamanı əsəb hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, neqativ fikirlər artır, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Belə kəskin bir emosional hissin yaranması üçün müəyyən daxili şərtlər lazımdır. Məsələn, bir və ya təkrarlanan hərəkət kimisə qıcıqlandıra bilər. Hərəkət eyni, reaksiyalar fərqli - bu qıcıqlanmanın universal deyil, fərdi psixologiya olduğunu göstərir. Bəzən fərqli insanlar eyni şeylərdən əsəbiləşir, lakin bu, yalnız daxili münasibətlərin təsadüfündən xəbər verir. Bir şəxsin ilk növbədə neytral yanaşdığı və ya xoş gördüyü hərəkət, davamlı təkrarlanmaya məruz qalma ilə qıcıqlanmaya çevrilə bilər.[1]

  1. Dean G Pruitt, John C Parker, Joseph M Mikolic. "Escalation as a reaction to persistent annoyance.", International Journalists of Conflict Management. Bowling Green: July 1997, Vol 8, Issue 3; pg. 252