Portuqaliyalı Beatrisa (Savoyya hersoqinası)
Portuqaliyalı Beatrisa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1504 |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1538 (33 yaşında) |
Vəfat yeri | |
Atası | I Manuel |
Anası | Araqonlu Mariya |
Həyat yoldaşı |
|
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Dənizkənarı Alplar) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir.
Həyatı
[redaktə | vikimətni redaktə et]8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi.
1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi. Həmin ilin aprelində fransızların Savoyyanı işğal etməsinin ardından Donna Beatris həyatda qalan 2 övladı və Şamberidə qorunan Turin kəfənini də alaraq Milana qaçdı. Burada Danimarkalı Kristina tərəfindən qarşılandı və onunla birlikdə Paviyadakı imperatora sığındı. Buna baxmayaraq imperatordan dəstək ala bilmədi və ardından Nitsadakı ərinin yanına getdi. 1538-ci ildə cəmi 1 aylıq olan ən kiçik övladı ilə eyni gündə vəfat etdi.
Övladları
[redaktə | vikimətni redaktə et]- Adrian Con Amadeus (d. 19 noyabr 1522 — ö. 10 yanvar 1523)
- Lüdovik (d. 4 dekabr 1523 — ö. 25 noyabr 1536)
- Emanuel Filibert
- Ketrin (d. 25 noyabr 1529 — ö. may 1536)
- Mariya (d. 12 yanvar 1531 — ö. 1531)
- İzabella (d. may 1532 — ö. 24 sentyabr 1533)
- Emanuel (ö. may 1533)
- Emanuel (ö. may 1534)
- Con (d. 3 dekabr 1537 — ö. 8 yanvar 1538)
Mənbə
[redaktə | vikimətni redaktə et]- Stephens, Henry Morse (1903). The Story of Portugal. G. P. Putnam's Sons. p. 139. ISBN 9780722224731
- Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203
- Ortega Gato, Esteban (1999). "Los Enríquez, Almirantes de Castilla". Publicaciones de la Institución "Tello Téllez de Meneses" (in Spanish). 70: 42. ISSN 0210–7317