Portal:Fransa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hamının faydalana biləcəyi
Fransa portalına xoş gəlmisiniz!
"Bienvenue sur le de la France!"

Seçilmiş məqalə

Fransa Respublikası (fr. République Française) yaxud qısaca FransaBelçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə qonşu olan Qərbi Avropa ölkəsi. Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaTürkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir... Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxsiyyətlər

Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; d. 1 avqust 1744 - ö. 18 dekabr 1829) — Fransa alim-təbiətşünası.

J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı.

Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir... Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəhərlər

Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir.

Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasın��n mənzil qərargahları yerləşir.
Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü muzeydir. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (fr. Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim hissəsi hesab olunur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

  • Əlcəzair soyqırımı8 may 1945-ci ildə Əlcəzairin Setif, GuelmaKherrata şəhərlərində fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliyam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. Məqaləni oxu...
  • Qarnye Sarayı — Layihə təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur. Bəd 13 ədədi: Qarnye Sarayı Parisdə inşa edilmiş sayca 13-cü saraydır; 29 may 1896-cı ildə "Fausta" tamaşası gedərkən 700 kq-lıq çilçıraq 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçının üzərinə düşmüş və o dünyasını dəyişmişdir; gənc balerina giriş pilləkanının 13-cü pilləsindən yıxılaraq vəfat etmişdir. Qaston Lerunun məşhur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətən də binanın zirzəmisində özülün davamlılığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur. Məqaləni oxu...
  • Eyfel qülləsi — 1887–1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə inşa edilmiş qüllə. Qüllənin tikintisi layihəsini Eyfel özü hazırlamış, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər təkliflər irəli sürmüşlər. Bu mərasim 1789–cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif təkliflər irəli sürülsə də, onlardan yalnız 4-ü bəyənilmişdir. Bunlardan biri də Qustavo Eyfelin təklifi idi. Məqaləni oxu...

Tarixə nəzər

Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası tərəfindən irəli sürülür və Ansionlar Şurası tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Paris şəhərinin gecə görüntüsü
 

Regionları

Musiqisi

Mətbəxi

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya Avropa Paris


Fransa Vikixəbərdə  Fransa Vikisitatda  Fransa Vikikitabda  Fransa Vikimənbədə  Fransa Vikilüğətdə  Fransa Vikiversitetdə  Fransa Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar