Ermənistan - (ermənicə: Հայաստան - Hayastan), Ermənistan Respublikası (ermənicə: Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda dövlət. Türkiyə, Gürcüstan, Azərbaycan və İran ilə həmsərhəddir. Pakistan tərəfindən tanınmır. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə Qacar İran və Osmanlı İmperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.
I Levon (erm.Լևոն Բ) - Kilikiya Erməni Çarlığının ilk kralı. 1198 - 1219-cu illərdə hakimiyyətdə olmuşdur.
I Levon Kilikiya Erməni Çarlığının quruçusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatıla ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
I Levonun doğum yeri haqqında dəqiq məlumat yoxdur. Levonun anası Barbaron Çarlığının kralı Sempadın qızı Ritadır. Levonun atası isə Stefan adlı varlı bir şəxs olmuşdur. Stefanın 1165-ci ildə 7 fevral tarixində Kilikiya Bizans valisi Andronik Eupgorbenusun təşkil etdiyi ziyafətə gedərəkən öldürülmüşdür. Atalarının ölümündən sonra Levon və böyük qardaşı Ruben, Toros dağlarında yerləşən dar keçidləri qoruyan qalada dayıları Paqaouren ilə birlikdə yaşamağa başlayırlar.
ASALA (erm.Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.
"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır
Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir"
Anahit və ya Anais — (erm: Անահիտ) erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur.
E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.
Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki,
Erməni apostol kilsəsi - (erm.Հայ Առաքելական Եկեղեցի) bəzən (erm.Հայաստանեայց Առաքելական Եկեղեցի)
Rus mənbələrində “Erməni qriqoryan kilsəsi” kimi də adlanır. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi) digəri isə Livanda yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir.
Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir. Uzun müddət erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşməsinə səbəb olmuşdur. Bunun nəticəsində kilsə tək dini məsələlərlə qənaətlənməmiş həm də siyasi məsələlərlə məşğul olmuşdur. Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırdılar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir, və fəaliyyətlərini onlarla razılaşdırır.
Məqaləni oxu...
İvan Ayvazovski (rus.Иван Константинович Айвазовский, erm.Հովհաննես Այվազովսկի) - erməni əsilli rus rəssamı. İvan Ayvazovski KrımdaQaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi.
Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu. Ayvazovskinin 1844-cü ildə Rusiya imperiyasına geri qayıtmasından sonra bu ölkənin hərbi donamasında işləməyə başladı. İşi ilə əlaqədər, olaraq Ayvazovskinin bir çox əsərləri dəniz mənzərələri təşkil etmişdir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Siyasi xadim
Stepan Georgiyeviç Şaumyan (13 oktyabr1878 – 20 sentyabr1918) XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı və siyasi xadim, 1900-cü ildən kommunist partiyasının üzvü, 31 mart 1918-ci il Bakı qırğınlarındaazərbaycanlıların kütləvi şəkildə öldürülməsinə rəhbərlik etmiş şəxs. Məzarı SSRİ dövründə Hindistan ərazisində tapılmışdır. Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdürü köməkçisinin ailəsində anadan olmuşdur. 1898-ci ildə Tiflis real məktəbini bitirmişdir. 1899-cu ildə indiki Ermənistan ərazisində ilk marksist dərnəyini təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlində Fridrix-Vilhelm Universitetinin fəlsəfə fakültəsini bitirmişdir (1905). Karl Marks, Fridrix Engels və Leninin əsərlərini erməni dilinə tərcümə etmişdir. Təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır. Orada müəllim işləmiş və bolşevik təşkilatının rəhbərlərindən biri olmuşdur. 1914-ci ildə Bakıya gəlmiş, bolşevik təşkilatının Bakı Komitəsinin yaradılmasında iştirak etmiş və rəhbərlərindən biri olmuşdur.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Terrorçu
Qareqin Pastermadjyan' (erm.Փաստրմաճյան Գարեգին) — erməni terrorçusu, daşnak liderlərindən biri.
Armen Qaro Ərzurum şəhərində anadan olmuşdur, 1891 ci ildə buradakı erməni məktəbində təhsilini başa vurduqdan sonra, Fransaya yollanır, və Nansi universitetinin nəzdində, kənd təsərrüfatı məktəbində təhsil alır. 1894 cü ildə Daşnaksütunun sıralarına qatılır. 1895 ci ildə Zeytun üsyanına kömək etmək məqsədi ilə Misirə yollanır, buradan üsyançılara silah sursat və canlı güvvə gondərilməsini təşkil edir. Həmin vaxt o, Armen Qaro təxəllüsü ilə adlanmağa başlayır. 1896-cı ilin avqustun 26-da, daşnakların Osmanlı bankına qarşı təşkil etdiyi terror aksiyasında iştrak edir, Armen Qaro bankı zəbt edən terorçuların içərisində yer alır. Onun vəzifəsi, bank işçilərinin və ziyarətçilərin qaçmasının qarşısını almaq idi. Terrorçular bu adamlardan canlı sipər kimi istifadə etməyi planlaşdırırdılar.İri dövlətlərin müdaxiləsi nəticəsində, bankı zəbt etmiş erməni terrorçuları Türkiyədən sah salamat Fransaya qedir və orada siyasi sığınacaq alır.
Məqaləni oxu...