Portal:Balet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ballet comique de la reine"
“İstənilən hərəkət onda gözəldir ki, səmimi hislərlə və fikirlərlə ifadə olunmuş olsun” Aysedora Dunkan




Balet portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Qız Qalası baleti – ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur. Baletin premyerası 18 aprel 1940–cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorqov və Vaxtanq Nadirzadə, rəssam isə F. Qusak olmuşdur.


redaktə  

Seçilən şəkil


Soyunma otağında balet rəqqasələri, Willard Metcalf, 1885


redaktə  

Bəstəkarlar

Pyotr İliç Çaykovski (rus. Пётр Ильич Чайкoвский, 7 may 1840-6 noyabr 1893) romantik dövr rus bəstəkarı. Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir. Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.


redaktə  

İfaçılar

Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı Dora Angela Dunkan, ing. Dora Angela Duncan(1877 – 1927) — QərbdəRusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banilərindən biri. Rusiya şairi Serqey Yeseninin həyat yoldaşı olmuş, 19211924-cü illərdə Moskvada yaşamışdır.

Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı.


redaktə  

Teatrlar

Opera Qarnye və ya Qarnye Sarayı (fr. Opéra Garnier ; Palais Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.

Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Opera Bastiliya)inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Milli Paris Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.


redaktə  

Təqvim

Noyabr


redaktə  

Musiqi


Yeddi gözəl


redaktə  

Bilirsinizmi

  • Balet XVI əsrdə İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb.
  • İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub
  • Türkmənistanda opera 2001 ci ildə Saparmurat Niyazov tərəfindən qadağan edilmişdir.


redaktə  

Kateqoriyalar


redaktə  

Xarici keçidlərdə baletlər


redaktə  

Əlaqəli portallar


redaktə  

Balet indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Balet Vikixəbərdə  Balet Vikisitatda  Balet Vikikitabda  Balet Vikimənbədə  Balet Vikilüğətdə  Balet Vikiversitetdə  Balet Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar