İsrail Dövləti (ivr. מדינת ישראל(Medinat Yisra'el), ərəb.دولة إسرائيل (Dawlat Isrā'īl)), qeyri rəsmi adı İsrail (ivr. ישראל)(ivr. מדינת ישראל — Asiyada dövlət. Asiya,Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, cənubunda Misir və Qırmızı dəniz yerləşir.
İsrailin paytaxtı Knessetin (İsrail Məclisi) qərarına görə Qüdsdür. Lakin BMT bu qərarı tanımır. İsraildəki böyük səfirliklərin çoxu maliyyə mərkəzi olan Tel-Əviv şəhərində yerləşir. İsrail əhalisinin çoxu yəhudi olan yeganə dövlətdir.
Uzun və dar şəkilə sahib İsrailin uzunluğu 470 km, ən geniş yeri isə 135 km-dir. Sahəsi 27.817 km²-dir. 7.282.000 nəfər əhaliyə sahib İsrail müxtəlif mədəniyyətlərə, dinlərə, xalqlar aid insanları birləşdirmişdir. Pul vahidi Yeni İsrail şekelidir. İsrail dünyada ən böyük 43-cü iqtisadiyyata sahibdir. İsrail İnsani İnkişaf İndeksinə görə Orta Şərqdə birinci, Asiyada 5-cidir.
Məqaləni oxu...
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.
Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Tarix
1994-cü il İsrail - İordaniya sülh müqaviləsi — İsrail və İordaniya arasında davam edən müxtəlif problemlər və torpaq anlaşılmazlıqlarını həll etmək məqsədiylə imzalanmışdır. İki ölkə arasında yaşanan problemlərə görə cəmdə 18.3 milyard dollarlıq bir itki meydana gəlmişdir. Bu sülh müqaviləsi İsrail ilə Fələstin Milli Rəhbərliyi arasında davam edən Orta Şərq Barış Müddətinin bir qolu olmuşdur. Müqavilə 26 oktyabrda Arava Vadisinin (ing.Arabah) cənub sərhədlərində imzalanmışdır. Bu müqavilə ilə İordaniya Misirdən sonra İsrail ilə əlaqələrini normallaşdıran ikinci Ərəb ölkəsi olmuşdur.
Məqaləni oxu...
Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
İdman
Makkabi (Təl Əviv) — İsrailin futbol klubu
1906-cı ildə yaradılmışdır. 11 dəfə Avropa kuboklarında iştirak edib."Makkabi" 20 dəfə ölkə çempionluğunu, bir o qədər də ölkə kubokunu qazanıb. Komanda 2 dəfə Asiya kubokunun (1968/69, 1970/71), 3 dəfə İntertoto kubokunun (1992/93, 1998/99, 2008/09) qalibidir. 7 dəfə "qızıl dubl" edən "Makkabi" İsrailin aşağı divizionda oynamayan yeganə komandasıdır. Bundan əlavə, Təl-Əviv komandası ölkəsinin Çempionlar Liqasının qrup mərhələsində oynayan 2 təmsilçisindən biridir.
Məqaləni oxu...