Pol Klodel
Pol Klodel | |
---|---|
fr. Paul Claudel | |
![]() | |
Doğum adı | Paul Louis Charles Claudel |
Təxəllüsü | Delachapelle |
Doğum tarixi | 6 avqust 1868[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1955[1][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, şair, diplomat, esseist, librettoçu, yazıçı, sənətşünas |
Fəaliyyət illəri | 1890–1955 |
Əsərlərinin dili | fransız dili |
Janrlar | teatr, poeziya, esse |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
|
paul-claudel.net | |
![]() | |
![]() |
Pol Klodel (6 avqust 1868[1][2][…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası[5] – 23 fevral 1955[1][2][…], Paris, Dördüncü Fransa Respublikası[5]) – Fransa şairi, dramaturqu və diplomatı.[6] Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur.[6] Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir.[6]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır.[6] Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir.[6] 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir.[6] Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur.[6] 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.[6]
Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr. L'Oiseau noir dans le soleil levant; 1928) adlı əsərində toplamışdır.[6] Ən məşhur pyesi hesab olunan "Atlas başmaq" pyesini 1927-ci ildə Tokioda yaşayarkən tamamlamışdır.[6]
1927-ci ildə Vaşinqtona təyin olunmuş, Brian-Kelloq paktının imzalanmasında vacib rol oynamışdır.[6] 1935-ci ildə Belçikanın Brüssel şəhərində diplomatik karyerasını başa çatdırmış, müxtəlif pyeslər, poemalar, esselər yazmağa davam etmişdir.[6] 1946-cı ildə Fransa Akademiyasının üzvü seçilmişdir.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Paul Claudel // Encyclopædia Britannica (ing.).
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 Fransa Akademiyası. 1635.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Kodansha Encyclopedia of Japan. səh. 325
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Kodansha Encyclopedia of Japan. I cild. Tokio: Kodansha. 1983. səh. 327. ISBN 0-87011-621-5. İstifadə tarixi: 7 noyabr 2021.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Paul-claudel.net (fransız dilində)
- 6 avqustda doğulanlar
- 1868-ci ildə doğulanlar
- 23 fevralda vəfat edənlər
- 1955-ci ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Böyük Lüdovik Liseyinin məzunları
- Fransa Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Bavariya İncəsənət Akademiyasının üzvləri
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- "Katolik İzabella" ordeninin böyük xaçı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransanın Yaponiyadakı səfirləri
- Fransa şairləri
- Fransa dramaturqları
- Fransa diplomatları