Piridoksin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Vitamin B6 olaraq da bilinən piridoksin, xüsusilə zülal mübadiləsində çox vacib bir koenzimdir və bir çox nörotransmitterin sintezində rol oynayır. Qida maddələri Piridoksamin və Piridoksal şəklində də tapıla bilər. Onun aktiv forması piridoksalfosfatdır (PLF). Asanlıqla xarab olur, ona görə də günəş işığından və əsas mühitlərdən uzaq tutulmalıdır. Həm də emal və bişirmə zamanı asanlıqla xarab olur.

Hər şeydən əvvəl, zülal mübadiləsində təxminən 60 fermentin koenzimidir. Bu da onun həyati əhəmiyyət kəsb etməsinə səbəb olur. Amin turşularının çevrilməsində, nuklein turşularının sintezində və amin turşularının nazik bağırsaqdan qana sorulmasında iştirak edir. Asetilkolin, GABA, serotonin kimi nörotransmitterlər üçün lazımdır. Bədənə B12-nin sorulmasında müsbət təsir göstərir. Bundan əlavə, maqnezium və sink kimi bir çox mineralın orqanizmdəki funksiyalarına müsbət təsir göstərir. Hemoqlobinin sintezində iştirak edir. Triptofan mübadiləsində iştirak edir. Göründüyü kimi, piridoksin bədənin bir çox vacib reaksiyaları üçün “şərt”dir. Xüsusilə də hormonal tarazlığa və nevroloji struktura vermiş olduğu töhfəsini qiymətləndirməmək olmaz.

Mənfi cəhətləri

[redaktə | mənbəni redaktə et]

Kompleks B vitamini çatışmazlığı istisna olmaqla, çatışmazlıqları nadirdir. İzoniazid qəbulunda, alkoqoliklərdə və laktasiya dövründə müşahidə oluna bilər. Piridoksin çatışmazlığının, xüsusən də nevroloji pozğunluqların bir çox əlamətləri mövcuddur, bunları ardıcıl şəkildə düzmək lazım gələrsə:

  • Həddindən artıq stress, depressiya, zehni qeyri-sabitlik və pozğunluqlar,
  • Nevrit (sinir iltihabı), müvazinət pozğunluqları,
  • Anemiya (qan azlığı),
  • Göz və ağız ətrafında ağrı və yaralar,
  • zəif immunitet - asanlıqla xəstəliklərə yoluxma,
  • Qaşınma, yuxusuzluq,
  • Baş ağrıları

Qırmızı ət və ət məhsullarında (xüsusilə qaraciyər), çiy tərəvəzlərdə, ağ ətdə, bəzi süd və süd məhsullarında müəyyən qədər mövcuddur. Uyğun bir pəhriz ilə gündəlik piridoksin ehtiyacımızı rahatlıqla qarşılaya bilərik. Uşaqlar üçün piridoksinə gündəlik ehtiyac təxminən 1-2 mq, böyüklər üçün isə piridoksinə gündəlik ehtiyac təxminən 2 mq-dır. Hamilə və laktasiya dövründə olan qadınlarda piridoksinə ehtiyac kəskin surətdə çoxdur.

Müalicələrdə

[redaktə | mənbəni redaktə et]

1990-cı illərin sonlarında çox məşhurlaşan bir vitamin olan piridoksin bir çox həkimlər tərəfindən bir çox xəstəliklərin müalicəsində, dərman şəklində qida əlavəsi kimi tövsiyə edilmişdir. Ancaq tövsiyə olunan bir çox xəstəliyə və ya problemlərə təsirinin olub-olmadığı klinik səviyyədə sübuta yetirilməmişdir. Piridoksin yüksək miqdarlarda zəhərli olmadığından dozadan artıq istifadə edilərkən böyük problemlər yaratmasa da, bəzi xəstələrdə uzun müddət yüksək dozada istifadə edilən piridoksinin nevroloji pozğunluqlara səbəb olduğu məlumdur. Bunlardan əlavə, piridoksinin bir çox xəstəliyin müalicəsinə töhfə verdiyi danılmaz bir həqiqətdir. Piridoksinin istifadə oluna bilinəcəyi yerlər aşağıdakılardır:

  • Nevritin müalicəsində (sinir iltihabı),
  • Bəzi psixi pozğunluqların müalicəsində,
  • Anemiyanın müalicəsində,
  • Bəzi hormonal xəstəliklərin müalicəsində,
  • Xüsusilə hamiləlik dövründə baş verən psixi pozğunluqların və şəkərli diabetin müalicəsində.

Bunlardan başqa, piridoksinin müsbət təsir göstərdiyi bir çox müalicə də mövcuddur.