Petronas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Petroliam Nasional Berhad (PETRONAS)
Petronas Logo
Ümumi məlumatlar
Tipi Dövlət şirkəti
Sənaye neft-qaz
Məhsulları neft, təbii qaz, neftkimya məhsulları, yağlar, motor üçün əlavələr
Təsis tarixi 17 avqust 1974
Baş qərargahın yeri Petronas qüllələri, Kuala-Lumpur, Malayziya
İqtisadi göstəriciləri
Ümumi gəliri $100,744 mlrd. ABŞ dolları (2014 il)[1]
Xalis mənfəəti US$89,29 mlrd. ABŞ dolları (2014 il)
Struktur
İşçi sayı 41 623 nəfər (2011 il)
Ana şirkət Malayziya dövləti
www.petronas.com.my
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PETRONAS (Petroliam Nasional Berhad) — dünya neft-qaz şirkəti yarandığı andan dünyanın 35 ölkəsində biznes maraqları ilə, inteqrasiya olunmuş beynəlxalq neft-qaz şirkəti. Əsası 17 avqust 1974-cü ildə qoyulub. Tamami ilə Malayziya hökumətinə məxsusdur, korporasiyanın səlahiyyətinə Malayziyada bütün neft və qaz hasilatı verilib. Bu korporasiyasını üzərinə belə resursların dəyərləndirilməsi və hazırlanması vəzifəsi qoyulmuşdur. PETRONAS 2014-ci ildə dünyada Fortune Global siyahısında 500 ən iri korporasiyalar arasında ən böyük şirkət kimi 75-ci yer tutur. Eləcədə PETRONAS-ın adı, dünyanın ən çox qazanan şirkətlər arasında və Asiyada ən çox qazanan 12 şirkət arasında çəkilir. 

PETRONAS qurulduğu gündən etibarən 35 ölkədə biznes maraqları olan birləşmiş beynəlxalq neft və qaz şirkəti halına gəldi. 2005-ci ilin mart ayının sonu etibarilə, PETRONAS qrupunun, 103 filialları var idi. Onların adı 57 şirkətlə bağlı idi. Birlikdə bu şirkətlər müxtəlif neft və qaz ixtiralarında iştirak edən PETRONAS qrupunu yaradırlar. Şirkət həmçinin şistli qaz istehsalı ilə də məşğuldur. Financial Times, Petronas'ı "yeni yeddi bacılar"-dan biri adlandırdı: OPEK-ə daxil olmayan yeganə ən nüfuzlu və əsasən dövlətə aid olan milli neft və qaz şirkətidir.

İxtisaslaşması

[redaktə | mənbəni redaktə et]

Şirkət nefta-qaz sektorunda geniş sahəli fəaliyyəti ilə fərqlənir, o cümlədən neft və qazın kəşfiyyatı və hasilatı, neft emalı, marketinq və neft məhsulların satışı, ticarət, qazın sıxılması, qazın yenidən emalı, qaz daşınması üçün kəmər-boru şəbəkəsi, neftkimya istehsalı, avtomobil texnikası, daşınmaz əmlak və investisiyalar.

PETRONAS şirkəti dünyada ilk dəfə sıxılmış təbii qazdan əsasi yağlar istehsal etməyə başladı. Həm də əvvəllər yandırılmış qazı müvəffəqiyyətlə yenidən emal edilər. Bunun sayəsində keyfiyyətcə ən təmiz əsasi neft məhsulları istehsal edir.

PETRONAS, Malayziya hökuməti üçün əhəmiyyətli mənfəət qaynağıdır, dövlət büdcəsinin 45% -i Petronas'ın dividendlərindən asılıdır. Bununla yanaşı, 2011-ci ildə hökumətin faktiki balansdakı ümumi daxili məhsulda 5%-li kəsiri olmuşdur.

Şirkətin baş ofisi 1998-dən indiki vaxtadək dünyanın ən hündür əkiz qüllələrindən olan 88-ci mərtəbəli "Petronas" göydələndədir. Göydələm rəsmi olaraq Malayziyada 42-ci Milli Gündə, 31 avqust 1998-ci ildə - , korporasiyanın 24 illik yubileyində açıldı.

Hazırda Petronas dünyanın neft istehsal edən bir çox zavodunu aktiv olaraq almaqdadır.

  1. "PETRONAS Annual Report FY 2016". 14 March 2017. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2017.