Pentaqramma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pentaqramma

Pentaqramma (pentalfa, pentaqeron;yun. πεντάγραμμονπέντε — "beş" γράμμα — "şeytan, xətt") — düzgün beşbucaqlının təpə nöqtələrinin birləşdirilməsi ilə alınmış fiqur; düzgün beşbucaqlının diaqonalları ilə yaradılmış fiqur; hər tərəfi bərabəryanlı üçbucaqlardan təşkil olunmuş be

şbucaqlı.

Pentaqramma düzgün beşbucaqlıdır. Bu beşbucaqlının, tərəfləri kəsişmə nöqtələrinə qədər uzadılmışdır və bu uzantılar bərabəryanlı üçbucaqlar yaradır. Bu tip, düzgün beşbucaqlının ulduz şəkilli formasıdır.

İnsan bədəni və pentaqramma

Pentaqramma adətən vikka, magiya, satanizm və masonlar ilə əlaqələndirilən beş guşəli ulduzdur. Pentaqramma dini simvol kimi uzun və mürəkkəb tarixə malikdir. Qədim Babilistanda mağaraların divarlarına çəkilən beş guşəli ulduz Venera planetinin səmada hərəkətinin meydana gətirdiyi ulduz formasından (ilahə İştarın gizli simvolu) qaynaqlanır. Simvol müxtəlif dövrlərdə müxtəlif mədəniyyətlər tərəfindən mənimsənilmişdi. Yunanlar pentaqrammanı pentalfa adlandırırdılar, onlar pentaqrammanın sehirli qüvvəyə malik olduğuna inanırdılar.

Pentaqrammanın ilk nümunələri daş dövrü mağaralarına həkk olunan kobud diaqramalar idi. Alimlər onların dini əhəmiyyətə malik olduğuna inanırlar, lakin erkən insanlara məxsus ulduz formasının mənası sirr olaraq qalır. Növbəti sivilizasiyalarda o, müxtəlif, xüsusilə, astronomik və dini mənalar kəsb etməyə başlamışdı. Pentaqrammalar Şumer mətnlərdə istiqamətləri qeyd etmək və o vaxt məlum olan beş planeti təmsil etmək üçün istifadə edilmişdi. Daha sonra o, Venera planetinin və ilahə İştarın rəmzi olmuşdu.

Pifaqorçuların "Higeya pentaqramması"[1]

Yunan riyaziyyatçısıfilosofu Pifaqorun fikrincə, bədənin və qədim yunanlarda ruhun beş bölgüsü olduğuna görə, beş "insanın rəqəmi"dir. Pifaqora görə pentaqrammanın beş nöqtəsinın hər biri insan bədənini təşkil edən beş elementi təmsil edir: od, su, hava, torpaq və ruh (enerji, maye, nəfəs, materiyatəfəkkür; həmçinin maye, qaz, cisim, plazma və ruh). Pifaqorçular sağlamlıq ilahəsi Higeyaya görə pentaklı müqəddəs hesab edirdilər, onun adı (HGIEiA) yunanca elementlər — su, torpaq, ruh, od və havanın anaqraması idi. Bu spesifik simvolizm əsrlərcə davam etmiş və müxtəlif mədəniyyətlərin ilahiyyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. İlk xristianlar pentaqrammanı İsanın yaralarının rəmzi kimi üzərlərində daşıyırdılar.

Pifaqorçuların bir çox ideyasını qəbul edən yəhudi kabbalistik ənənəsində pentaqramma saf arxetipik qüvvələri təmsil edən Həyat ağacında beş ali sefirotu təcəssüm edir: ədalət, mərhəmət, müdriklik, fəhm, ali əzəmət.

Orta əsrlərdə xristianlar pentaqrammadan İsanın beş yarasını simvolizə etmək üçün istifadə etmişdilər. Orta əsrlər dövründə pentaqramma həmçinin insan bədəninin proporsiyalarını da təmsil edirdi. Orta Əsrlər və intibah (Renessans) dövründə, adətən pentaqrammadan küpəgirən qarılaracinlərə qarşı talisman kimi istifadə edilirdi. İyirminci əsrdən etibarən pentaqramma yanlışlıqla satanizm ilə əlaqələndirilməyə başlandı.

Müxtəlif mədəniyyətlərdə

[redaktə | mənbəni redaktə et]
Tipik neopaqan pentaqramması

Beşguşəli ulduz və ya pentaqramma, bəşər tarixində ən güclü təsirə malik simvollardan biridir. Mayyalılardan tutmuş Hindistan, Çin, YunanıstanMisirə qədər demək olar ki, hər bir qədim mədəniyyətdə mühüm əhəmiyyət kəsb etmişdi. Pentaqramma neolit dövrünə aid mağaraların divarlarında da aşkarlanmışdı. Müqəddəs kitablarda, xüsusilə, Tövratda pentaqrammaya aid zəngin məlumatlar vardır. Bir zamanlar pentaqramma Yerusəlim (Qüds) şəhərinin rəsmi möhürü olmuşdu.

Vikkan/paqan folklorunda pentaqramma beş elementihava, su, od, torpaqruhu simvolizə edir. Ruhun qələbəsini, onun daha üstün məfhum olduğunu bildirmək üçün vikkan pentaqramması başıyuxarı təsvir edilir. Müasir satanik pentaqramma isə əksinə, başıaşağı təsvir edilir və bu da insanın ölüm üzərindəki qələbəsini və dünyəvi mükafatlandırmanı təcəssüm etdirir. Buna baxmayaraq, bəzi vikkanlar müxtəlif məqsədlər üçün tərsinə çevrilmiş (satanik) pentaqrammadan istifadə edirlər. Dairəyə alınmış pantaqramma həmçinin pentakl da adlanır.

Pentaqramma Süleyman möhürünə istinadən Mərakeş (1915-ci ildə qəbul edilib) və Efiopiya (1996-cı ildə qəbul edilib) milli bayraqları üzərində təsvir olunub.

Pentaqramma və xristianlıq arasında əlaqələr var. O, xaçdan əvvəl erkən xristianların bəzək əşyası və amulet kimi istifadə etdikləri əsas emblem idi. Pentaqramma İsa Məsihin beş yarasını təcəssüm edirdi. O, həmçinin gizli qnostik bidətçiliyin ifadəsi idi – sirr ilahəsi, qadın başlanğıcı sayılan İsida yaxud Veneranın simvolu. Bu simvolun ən məşhur nümunəsi cəngavər hekayələri ilə maskalanmış kabbalistik və qnostik təlimlərdən ibarət "Müqəddəs Qədəh axtarışı" romanlar seriyasında özünə yer tapmışdır.

Vikka və paqanizmdə

[redaktə | mənbəni redaktə et]
Keçi başı təsvir edilmiş satanist pentaqramma — La Clef de la Magie Noire — Stanislas de Quaita (1897).

Hal-hazırda pentaqrammadan dini rəmz kimi ən çox vikkan, neopaqan və satanist qruplar istifadə edir. Əksər vikkan və neopaqan ənənələrində onun simvolik mənası XIX əsr okkultizminə dayanır. Bu ənənələrin bir çoxunda pentaqramma bəşəriyyətin Yer kürəsi ilə yaxud ruh və insan bədəni ilə birliyini simvolizə edir.

Pentaklın satanizm emblemi kimi qəbul edilməsi XX əsrin ikinci yarısına təsadüf edir, yəni, olduqca yenidir. Satanistlərə görə bu simvol materiyanın və şəxsi istəklərin din üzərində — yerin xəyali cənnət vədləri üzərindəki qələbəsini təcəssüm etdirməklə "qara magiyanı" təmsil edir.

Keçi Orta Əsrlərdə adətən rəqs edən və keçi sürən vəziyyətdə təsvir edilmiş ifritələrin davranışı haqqında xurafat ilə əlaqəlidir. Bu kontekstdə keçi cinsi azğınlıq simvolu olaraq qəbul edilir. Buna görə də keçi cinsi və dini tabuların rədd edilməsinin rəmzi kimi müasir satanistlərlə əlaqələndirilir.

Masonluq və ABŞ tarixində

[redaktə | mənbəni redaktə et]

Masonluq və onunla əlaqədar digər ənənələrdə pentaqramma "alovlu ulduz" adlandırılırdı. Masonluğun alleqorik simvolika sistemində Pifaqor həndəsəsi xüsusi vurğulanır. Təbii ki, pentaqramma Pifaqor rəmzlərinin başında gəldiyinə görə, mason simvollarında pentaqrammaya rast gəlmək təəccüblü deyil.

Pentaqramma, həmçinin erkən ABŞ hökumətinin simvolizmində mühüm rol oynayır. ABŞ-nin əsasını qoyan banilər mason olmuşdular və onlar üçün bu simvol mühüm əhəmiyyət kəsb edirdi. Beş guşəli ulduz ABŞ bayrağı, gerbi (böyük möhür) və valyutasında özünə yer tapmışdır. Hətta Ağ ev nəhəng pentaqrammanın təpə nöqtəsində yerləşir.

  1. Allman, G. J., Greek Geometry From Thales to Euclid (1889), p.26.