Paolo Pulici

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paolo Pulici
Ümumi məlumatlar
Ləqəbi Pupi, Puliciclone, Il gemello del gol
Doğum tarixi 27 aprel 1950(1950-04-27)[1] (74 yaş)
Vətəndaşlığı
Boyu 177 sm
Çəkisi 74 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paolo Pulici (it. Paolo Pulici; 27 aprel 1950[1])[2] — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir.

Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir.[2] Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb. Paolo həm də "Torino"da üç dəfə İtaliya A Seriyası bombardiri olmağı bacarır.

1982/83 mövsümündə onun "Torino" məcaraları bitir və "Udineze" klubuna transfer olunur. Daha sonra "Fiorentina" klubuna keçir və karyerasını orada başa vurur.[3]

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

1969–1972-ci illərdə İtalyan gənc futbol komandasına çağırılır. İtaliya U21 komandasına 7 rəsmi görüşdə oynamış, 4 qol vurmuşdur.

1973-cü ildə ilk dəfə İtaliya yığmasının heyətində deburt edir. Milli komandadakı karyerası boyunca 19 matç keçiərək, 5 qol vurub. Milli komandanın tərkibində 1974-cü ildə Almaniyada və 1978-ci ildə Argentinada FIFA Dünya Kubokunda iştirak etmişdir.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Məşqçilik karyerasına oyunçu karyerasını başa vurduqdan dərhal sonra "Pyaçentsa" klubunda başlayıb..

Karyera Statistikası

[redaktə | mənbəni redaktə et]
Mövsum Klub Oyun Qol
84/85 Fiorentina 20 2
83/84 Fiorentina 20 1
82/83 Udineze 26 5
81/82 Torino 27 5
80/81 Torino 22 9
79/80 Torino 23 3
78/79 Torino 20 10
77/78 Torino 28 12
76/77 Torino 29 16
75/76 Torino 30 21
74/75 Torino 23 18
73/74 Torino 25 14
72/73 Torino 29 17
71/72 Torino 26 5
70/71 Torino 23 3
69/70 Torino 24 0
68/69 Torino 6 1
67/68 Torino 0 0
66/67 AC Legnano 1 0
Cəmi 402 142
  1. 1 2 Paolo Pulici // Transfermarkt (çd.). 2000.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  3. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]