Osman Batur
Osman Batur İslambay oğlu | |
---|---|
Оспан батыр Исламұлы | |
Doğum tarixi | |
Doğum yeri | Göktoğay uyezdi, Altay dairəsi, Sincan, Sin sülaləsi |
Vəfat tarixi | |
Vəfat yeri | Urumçi, Çin |
Vəfat səbəbi | Edam edilmişdir |
Vətəndaşlığı |
İkinci Şərqi Türkistan Respublikası Monqolustan Xalq Respublikası Çin Respublikası |
Milliyyəti | qazax |
Fəaliyyəti | siyasətçi, inqilabçı |
Tanınır | inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı[1] İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi – 29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb.
II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər. Etiraz edənlərə min cür işgəncə veriblər. Uyğurların inadını qırmaq üçün evlərə hücum edib, silahları toplayıb, günahsız insanları həbsxanalara atıblar.
Osman Batur bütün bu haqsızlıqları gözləri ilə gördükdən sonra silaha sarılıb. "Bu gün silahlarımızı alanlar sabah da canımızı istəyəcəklər" deyərək silahını təhvil verməyib, dağlara çıxıb. Çox keçmədən onun dəstəsinə haqsızlıqla qarşılaşmış digər türklər də qoşulur və çinlilərə hücum etməyə başlayırlar. Vur-qaç taktikasıyla bütün Altayı çinlilərdən təmizləyiblər. Çox qısa zamanda Osman Baturun dəstəsindəkilərin sayı 30 minə çatır. 22 iyul 1943-cü ildə Osman Batur Bulğun şəhərində Qazax türklərinin xanı elan edilir. O, usanmadan, yorulmadan düşmənə qarşı mübarizəsini davam etdirir. Bir müddət sonra isə Müvəqqəti Altay Xalq Cümhuriyyətinin prezidenti seçilir.
Çində iqtidara gələn komunnistlər zəngin qızıl yataqlarını ələ keçirmək üçün Şərqi Türkistana təzyiqi artırırlar. Bölgəyə müasir silahlarla təchiz edilmiş minlərlə əsgər göndərirlər.
Osman Batur və əsgərləri 1949-cu ildə dar bir dağlıq bölgəyə sıxışdırılır. Yanında 3–4 min adamı qalır. Çinlilər 1951-ci ildə hücum edərək Osman Baturun qızı Azpayla birlikdə qadınları əsir alırlar. Osman Batur Kamambal dağı ətrafında çox az bir qüvvə ilə çinlilərə hücum etsə də, silahları qutardığından əsir düşür. Onu Tunk Huanq şəhərinə aparırlar. Düşmən o qədər alçaqdır ki, igidliklə müstəqillik mübarizəsi aparan bir xalqın liderinə hörmət göstərmir, Osman Batura işgəncə verərək şəhərdə gəzdirirlər. 29 aprel 1951-ci ildə əvvəllcə qollarını və qulağını kəsir, sonra edam edirlər.
Bununla da iş bitmir. Yeganə qardaşı Dəlixan İslamoğlu, həyat yoldaşı, 18 yaşlı qızı, 14 yaşlı oğlu, anaları Mamey xatunun gözləri qarşısında doğranaraq öldürülürlər.
Şərqi türkistanlılar 29 apreli — Osman Baturun şəhid olduğu günü "Günəşin söndüyü gün" adlandırırlar.
Həqiqətən də bir millətin azadlıqdan məhrum olunması günəşinin sönməsi kimi bir şeydir, amma Osman Batur kimi igidlər yetişdirən bir millətin günəşi sönməyəcək və müstəqillik arzusu əsla bitməyəcək.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hsiao-ting Lin. Modern China's ethnic frontiers: a journey to the west. Volume 67 of Routledge studies in the modern history of Asia (illustrated). Taylor & Francis. 2010. səh. 126. ISBN 978-0-415-58264-3. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-27.
Osman Bator 烏斯滿
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Dr. Ömər Kul "On ilə sığan əfsanəvi ömür" İstanbul, 2011, 192 səh. İSBN 978-605-61751-3-8
- Şərqi Türkistan və Osman Batur [ölü keçid]
- Godfrey Lias, Kazak Exodus, London: Evan Brothers Limited (1956)
- Justin Jacobs, "The many deaths of a Kazak unaligned", American Historical Review 115.5 (2010), pp. 1291–1314.
- Linda K. Benson and Ingvar Svanberg, China's Last Nomads: The History and Culture of China's Kazaks, New York: M. E. Sharpe (1998), pp. 72–87.
- Halife Altay, Anayurttan Anadoluʹya, Ankara: Kültür Bakanlığı, 1981 (Turkish)
- Halife Altay, Kazak Türklerine aid şecere, Istanbul, 1997 (Turkish)
- Gülçin Çandarlıoğlu, Özgürlük Yolu, Nurgocay Batur'un Anılarıyla Osman Batur, Istanbul: Doğu Kütüphanesi, 2006 (Turkish)
- Zordun Sabir, Anayurt, Almaty: Nash Mir, 2006 (Uyghur)
- Hızır Bek Gayretullah, Osman Batur, (Turkish)
- Hızır Bek Gayretullah, Altaylarda Kanlı Günler, 1977 (Turkish)