Oroklar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oroklar
Ümumi sayı
400 - 1300
Yaşadığı ərazilər
Rusiya Rusiya295 (2010)[1], 346 (2002)[2]
Ukrayna 959 (2001)[3]
Yaponiya 20 (1989)
Dili

Orok dili

Dini

Şamanizm, Provaslav,

Qohum xalqlar

Nanaylar, Evenklər, Evenlər

Oroklar (özlərini: ульта́, уйльта, на̄́ни) — Tunqus-mancur dillərinə mənsub dildə danışan xalqdır. Rusiya Federasiyasının az saylı xalqıdır[4]

Sayı və yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiyada orokların böyük əksəriyyəti Saxalin vilayəti ərazisində yaşayır. Belə ki, 346 nəfərdən 298 nəfəri burada yaşayır. Vilayətin əsas üç yaşayış məntəqəsində yayılmışlar: Poronaysk şəhəri, Noqliki qəsəbəsi və Val kəndi. Hazırda Valda 144 orok yaşarır. Rusiya Federasiyasında 2002-ci il məlumatına əsasən 346 nəfər Orok yaşayır[5] Onlar həmçinin Qastello və Varşurev (Poronay rayonu), Viaxtu kəndində (Aleksandrovsk-Saxalin rayonu), Smirmıy qəsəbəsində (Smirmıy rayonu) və Oxinski rayonu kimi ərazilərdə onlara rast gəlinir[6] Oroklar Rusiya ərazisindən başqa Yaponiyanın Hokkoyda 1989-cu il məlumatına görə 220 orok yaşayır. Hazırda isə onlar haqqında dəqiq məlumat yoxdur[7]

2001-ci ildə Ukraynada aparılan siyahıya alınma nəticəsində ölkədə 959 orokun yaşaması müəyyənləşir. Bu insanlardan cəmi 12-si Orok dilini doğma dili (1%), 179 nəfər ukrayn dilini (19 %), 710 nəfər (74 %) isə rus dilini doğma dili hesab edir[8] Bununla belə SSRİ ərazisində 1989-cu il məlumatına əsasən cəmi 2 orok yaşadığı bildirilir[9].

2002-ci ilə olan məlumata görə orokların yayılma arealı və sayları :[10]

Saxalin vilayəti:

Poronaysk şəhəri — 119 nəf

Val kəndi — 105 nəf

Dil və Mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Orok dili Tunqus-mancur dillərinə aiddir. Hazırda Saxalin vilayəti ərazisində cəmi 64 nəfər danışır[11]. Onların hamısı Rus dilini səlis bilir.

Onlar dil və mədəniyyət baxımından Udeqeylər, Nanaylar, OrolarUllara oxşardır. Adı çəkilən xalqlardan fərqi onlarda maralçılığın yayılmamasıdır. Qış yaşayış yerləri dəridən olan Çumlardan və yay yaşayış məntəqələri Şalaş adlanır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Oroklar şimali asiyalıların baykal tipinə aiddirlər.[12]

Oroklar ekzoqam qruplara bölünürdülər.

Sovet dönəmində oroklar bir kolxozda birləşdirilmişdilər. Bu kolxozda maralçılıq əsas sahəni təşkil edirdi.

  1. "Окончательные итоги Всероссийской переписи населения 2010 года". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  2. "Всероссийская перепись населения 2002 года". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
  3. "Всеукраїнський перепис населення 2001. Русская версия. Результаты. Национальность и родной язык". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  4. "Единый перечень коренных малочисленных народов Российской Федерации". 2007-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  5. "Перепись населения в России 2002 года". 2013-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  6. "Ороки на сайте ассоциации КМНСС и ДВ РФ". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  7. "Коренные народы Севера, Сибири и Дальнего Востока РФ". 2009-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  8. Перепись населения на Украине 2001 года Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine (ukr.)
  9. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР". 2011-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  10. http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine База микроданных Всероссийской переписи населения 2002 года
  11. "Всероссийская перепись населения 2002 г. Языки России". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  12. "Современное положение и перспективы развития коренных малочисленных народов Севера, Сибири и Дальнего Востока: Независимый экспертный доклад. — Новосибирск: Издательство Института археологии и этнографии СО РАН, 2003. — 168 с." (PDF). 2022-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-26.
  • БСЭ, 2-е изд., том 31, стр. 220.
  • Смоляк А. В. Ороки // Народы России: Энциклопедия. — М.: БРЭ, 1994. — С. 259–260.
  • Новикова К. А., Сем Л. И. Орокский язык // Языки мира: Тунгусо-маньчжурские языки. — М., 1997.
  • Смоляк А. В. Ороки // Народы и религии мира / Глав. ред. В. А. Тишков. — М.: БРЭ, 1998.
  • Миссонова Л. И. Уйльта Сахалина: Большие проблемы малочисленного народа / Отв. ред. С. А. Арутюнов. — М.: Наука, 2006. — 296 с.: ил., карты.