Nurəddin Cəfərov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nurəddin Cəfərov | |
---|---|
Doğum tarixi | 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 2007 |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Nurəddin Cəfərov (tam adı: Cəfərov Nurəddin Cəmaləddin oğlu; 1933, Nuxa – 2007) — Azərbaycan alimi, texnika elmləri doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəfərov Nurəddin Cəmaləddin oğlu Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə mexanik ixtisası üzrə APİ-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə Azərbaycanın Sumqayıt şəhərində işləmişdir. 1960–1964-cü illərdə Azərbaycan EA DNQYPİ-da dissertant olmuşdur. 1965–2003-cü illərdə bu institutun "Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası" laboratoriyasında mühəndisdən laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1965-ci ildə "Neftdaşıma konturunun yerdəyişməsinin və quyuların batareyalarının sulaşması prosesinin hidrodinamik tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Neft və qaz yataqlarının qeyri-bircins kollektorlarında süzülmə proseslərinin riyazi modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Cəfərov N. C. elmi fəaliyyətlə bərabər pedaqoji fəaliyyət ilə də məşğul olmuşdur. O BDU-nun Şəki filialında və dekan və kafedra rəhbəri olduğu Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 2003–2007-ci illərdə Azərbaycan MEA Geologiya İnstitutunun "Yeraltı hidrodinamika" şöbəsində elmi məsləhətçi işləyib.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Cəfərov N. C. yeraltı hidroqazodinamika və neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: yeraltı hidroqazodinamika; neft və qaz yataqlarının işlənilməsi; neft və qaz yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin proqnozlaşdırılmasının sadələşdirilməsi və etibarlılığının artırılması üçün kompleks-anlitik və anlitik rəqəmli hesabat üsullarının işlənilməsi. Onun əldə etdiyi elmi nəticələr bir çox neft və qaz yataqlarının işlənilməsi layihələrində və texnoloji sxemlərində öz əksini tapmışdır.
Cəfərov N. C. 130-dan artıq elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi hazırlamışdır.
1985-ci ildə Cəfərov N. C. bir qrup alimlə birgə "MÜrəkkəb dağ-geoloji şəraitlərdə çoxsaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamiki üsulları kompleksinin yaradılması və tətbiqi" mövzusunda işə görə akad. İ. M. Qubkin adına mükafata layiq görülmüşdür.