Nerses Palianents
Nerses Palianents | |
---|---|
Doğum tarixi | XIII əsr[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1363[1] |
Vəfat yeri |
Nerses Palianents (erm. Ներսես Պալիանենց), həmçinin Nerses Palients (erm. Ներսես Պալիենց; XIII əsr[1], Kozan[1] – 1363[1], güm. Malazgird[1]) — erməni tarixçisi, Erməni Həvari kilsəsinin, sonralar Erməni Katolik Kilsəsinin kilsə rəhbəri. Bir çox tədqiqatçılar onu erməni və Roma kilsələri arasındakı parçalanmanın günahkarı hesab edirlər (1198-ci ildə birləşmədən sonra).
Həyatı
[redaktə | vikimətni redaktə et]Kilikiyada, Sis şəhərində anadan olmuşdur. Kilsə təlimindən sonra kahin təyin edilmişdir. Artıq 1330-cu ilə qədər Urmiya yepiskopu idi.[2] 1336-cı ildə Həvari kilsəsini tərk edərək erməni katoliklərinə qoşulmuşdur. Kilikiyaya qayıtmış və katolikliyi təbliğ etməyə başlamışdır. 1338-ci ildə təbliğat fəaliyyətinə görə ölkədən qovulmuşdur. 1338-ci ildə Papa XII Benedikt tərəfindən Manazkert arxiyepiskopu təyin edilmişdir.[3] 1341-ci ildə XII Benedikt üçün erməni kilsəsinin 117 "yanlış təsəvvürü"nün siyahısını yazmışdır. Nerses orada xüsusilə Vardan Aygektsinin "İmanın kökü" əsərini sərt tənqid etmiş və onu "xüsusilə təhlükəli kitab" adlandırmışdır.[4] Bütün əsərləri və tərcümələri İrəvan (Matenadaran) və Venesiyada (Santa-Ladzaro) saxlanılır.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 256.
- ↑ Армянская Советская Энциклопедия, Ներսես Պալիանենց Arxivləşdirilib 2015-04-08 at the Wayback Machine, том 8, стр. 256, Ереван, 1982
- ↑ 1 2 Армянская Советская Энциклопедия, Ներսես Պալիանենց Arxiv surəti Wayback Machine saytında, том 8, стр. 256, Ереван, 1982
- ↑ Энциклопедия Христианская Армения, Վարդան Այգեկցի, Ереван, 2002, стр. 965