Moskva FK
Moskva FK | |
---|---|
Ölkə | |
Yaranma tarixi | 1997 |
Bağlama tarixi | 2010 |
Vikianbarda əlaqəli mediafayllar |
Moskva (Moskva) — Rusiyanın futbol klubu
1997-ci yerdə yaradılan “Moskva” 2001-ci ildən yüksək liqada oynayırdı. Sözügedən kollektiv 2002-ci ilədək “Torpedo-ZİL”, 2003-2004-cü illərdə “Torpedo-Metallurq”, son 6 ildə isə “Moskva” adlanırdı. Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev “Torpedo-ZİL” adlanan dövrdə bu komandanın şərəfini qoruyub. Yığmamızda oynamaqdan imtina edən soydaşımız Aleksandr Səmədov isə ötən mövsüm bitdikdən sonra “Moskva”nı digər paytaxt klubu “Dinamo”ya dəyişib. Moskvanın eyniadlı təmsilçisinin ən böyük uğuru 2007-ci ildə ölkə çempionatında 4-cü yer, kubokun finalçısı və UEFA kubokunda mübarizə aparmaq olub. Yeni 2010 mövsümü öncəsi ciddi maliyyə problemləri ilə üzləşən rəhbərlik çıxış yolunu çempionatdan imtina etməkdə görüb. Rusiya Peşəkar Futbol Liqası da “Moskva”nın yeni çempionata buraxılmayacağını rəsmən bəyan edib. Reqlamentə görə, paytaxt komandasını birinci divizion təmsilçisi “Alaniya” əvəzləyəcək. Azərbaycanlı hücumçu Nazim Süleymanovun 1995-ci ildə heyətində ölkə çempionu olduğu Vladiqafqaz klubu uzun illər Premyer Liqada mübarizə aparıb[1].