Minşuku
Minşuku (民宿?) – yapon üslubunda olan bed-end-brekfest növü.[1] Ryokanın daha ucuz versiyasıdır.[2]
Tarix
[redaktə | mənbəni redaktə et]1979-cu ildə aparılmış sorğuya əsasən həmin il Yaponiyada təxminən 27.000 minşuku fəaliyyət göstərirdi.[3]
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Minşukular ənənəvi olaraq insanların öz evlərindəki bir neçə otaqdan ibarət olur və ailələr tərəfindən idarə olunur.[1] Buna görə də ziyarətçilər siravi yaponların gündəlik həyatını görmək üçün bir neçə günlüyünə minşukuda qalmağı seçirlər.[1] Ziyarətçilərə ilk öncə məzə və çay servis olunur.[1] Qonaq otaqları yapon üslubunda olduğu üçün burada yerdə otururlar, yeyirlər və yatırlar.[1] Yeganə mebəllər kiçik bir stol və bir neçə balınc ola bilər.[1]
Ziyarətçilər yatanda onlara futon və yatmaq üçün paltar təqdim olunur.[1] Buna görə də ziyarətçilər minşukuya gedəndə özləri ilə pijama aparmırlar.[1] Minşukada gəzərkən isə yukata geyinirlər.[1] Qrup şəklində gələn ziyarətçilər bir otaqda qalırlar və onlar üçün döşəməyə futonlar düzülür.[1]
Minşukularda özəl yox, ictimai hamamlar fəaliyyət göstərir.[1] Sadəcə bəzi kiçik minşukularda ailələr və cütlüklər üçün özəl hamamlar mövcuddur.[1] Səhər və axşam yeməyi çox vaxt qiymətə daxil olsa da, bəzən biri və ya ikisi əlavə qiyməti olan seçim şəklində təqdim olunur.[1] Bəzi minşukular yemək servis etmir və ya ancaq səhər yeməyi verir.[2] Səhər və axşam yeməyi yemək otağında servis edilir. Bəzi qədim minşukularda isə qapıların qıfılı olmur.[2] Minşukuların qiyməti ucuz olsa da, dəbdəbəlilik axtaranlar üçün bahalı minşukular da mövcuddur.[1]
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Minşukular adətən turistlərin çox olduqları yerlər – onsenlər, xizək mərkəzləri və dağların yaxınlığında yerləşir.[2] Turistlərin minşuku təcrübəsi yaşaya biləcəkləri ən tanınmış yerlərdən biri Şirakava-qo və Qokayama tarixi kəndlərinin ətrafıdır.[2] Minşukular kiçik şəhərlərdə olsa da, Tokioda da bir neçə minşuku fəaliyyət göstərir.[1]
Agoda və Booking kimi saytların minşukular üçün ayrıca verilənlər bazası var.[2] Rezervasiyalar telefonla və ya yerli turizm agentliyi ilə aparılır.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Minşukuda səhər yeməyi.
-
Miyaqi prefekturasında minşuku.
-
Naqano prefekturasında minşuku.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Minshuku". Unmissable Japan (ingiliscə). Archived from the original on 2022-08-05. İstifadə tarixi: 5 avqust 2022.
- ↑ 1 2 3 4 5 6 7 "Minshuku". Japan Guide (ingiliscə). Archived from the original on 2022-09-22. İstifadə tarixi: 5 avqust 2022.
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild. Tokio: Kodansha. 1983. səh. 197. ISBN 0-87011-625-8. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2022.