Mehmed Səlahəddin Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehmed Səlahəddin Əfəndi
محمد صلاح الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Atası V Murad
Anası Rəftaridil Qadınəfəndi
Həyat yoldaşları Dilazər xanım
Tövhidə Zatıgül xanım
Naziknaz xanım
Gültər xanım
Jaləfər xanım
Cəmilə Dilbəstən xanım
Uşaqları Ayşə Beyhan Sultan
Cəlilə Sultan
Ruqiyə Sultan
Adilə Sultan
Mehmed Əfəndi
Əminə Atiyə Sultan
Mehmed Livaəddin Əfəndi
Behiyə Sultan
Əhməd Nihad Əfəndi
Safiyə Sultan
Osman Fuad Əfəndi
Mehmed Nəcad Əfəndi
Mehmed Namiq Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Mehmed Səlahəddin Əfəndi (6 avqust 1861, İstanbul29 aprel 1915, İstanbul) — 33. Osmanlı sultanı V Muradın böyük oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Mehmed Səlahəddin Əfəndi 5 avqust 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Rəftaridil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Cəlaləddin Əfəndi, İzzəddin ƏfəndiMünirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Sarayda xüsusi təhsil almış, 15 yaşında ikən atası V Murad taxta çıxmış ancaq bir neçə ay sonra devrilərək Çırağan sarayına həbs edilmişdir. Gənclik illəri bu sarayda güclü nəzarət altında keçmiş, 1904-cü ildə atasının vəfatından sonra digər ailə üzvləri ilə birlikdə saraydan ayrılmışdır. Bu illərdə yazmağa başladığı xatirələri özünün və qardaş-bacılarının çəkdiyi əziyyətlərdən bəhs edir.

29 aprel 1915-ci ildə Üsküdar sarayında 53 yaşında vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir.

  • Dilazər xanım (d. 1862 — ö. 19 iyun 1880) — 13 mart 1877-ci ildə Çırağan sarayında evləndilər. 1 övladı oldu.
    • Ayşə Beyhan Sultan (d. 18 iyul 1878 — ö. 17 dekabr 1878)
  • Tövhidə Zatıgül xanım (d. 25 yanvar 1864, Batumi — ö. 8 aprel 1896, İstanbul) — 4 dekabr 1878-ci ildə Çırağan sarayında evləndilər. 5 övladı oldu.
    • Cəlilə Sultan (d. 5 mart 1882 — ö. 24 noyabr 1899)
    • Ruqiyə Sultan (d. 30 may 1885 — ö. 16 iyun 1971) — 17 fevral 1910-cu ildə Əbdülməcid Heydər bəylə (d. 1889 — ö. 23 noyabr 1965) evlənmiş, övladı olmamışdır.
    • Adilə Sultan
    • Şahzadə Mehmed Əfəndi (d. 23 mart 1889) — 1 sutka sonra vəfat etmişdir.
    • Əminə Atiyə Sultan (d. 4 dekabr 1891 — ö. 10 oktyabr 1978) — 21 sentyabr 1914-cü ildə Osman Hami ilə evləndi. Övladı olmamışdır.
  • Naziknaz xanım (d. 24 dekabr 1860, Qars — ö. 17 fevral 1928, Nitsa) — 7 iyul 1879-cu ildə Çırağan sarayında evləndilər. 4 övladı oldu.
  • Gültər xanım (d. 19 aprel 1967, Tiflis — ö. 18 dekabr 1893) — 23 iyul 1885-ci ildə Çırağan sarayında evləndilər. Ögey anası Elaru xanımın qardaşı Xəlil bəy Tarkanişvilinin qızı idi. 1 övladı oldu.
    • Safiyə Sultan (d. 30 iyun 1987 — ö. 20 mart 1911)
  • Jaləfər xanım (d. 19 avqust 1872, Qars — ö. 7 aprel 1937) — 15 sentyabr 1891-ci ildə Çırağan sarayında evləndilər. 1 övladı oldu.
  • Cəmilə Dilbəstən xanım (d. 1880 — ö. 1955) — 1894-cü ildə Çırağan sarayında evləndilər. 2 övladı oldu.
    • Şahzadə Mehmed Nəcad Əfəndi (d. 20 fevral 1896) — 1 sutka sonra vəfat etmişdir.
    • Şahzadə Mehmed Namiq Əfəndi (d. 24 iyun 1898 — ö. 18 avqust 1899)
  • Genealogy Of The Imperial Ottoman Family (2005)
  • Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. pp. 232–33. ISBN 978-97564-446-27