Mayya incəsənəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baş meydan Kopana

Mayya incəsənəti — Mezoamerikan Mayya sivilizasiyasının incəsənəti.

Yaranması və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mayyalılar sənət əsərlərini taxta və daş alətlərinin köməyi ilə yaradırdılar, dəmirdən yalnız eramızın 11-ci əsrində istifadə etməyə başlamışdılar, ancaq İspanların fəthi Mayyalılar arasında metal alətlərin yayılmasının qarşısını aldı.

Hər Mayya krallığının özünəməxsus regional məktəbləri var idi. Bu məktəblər öz krallığında izlənilməsi tələb olunan tərz və incəsənət ənənələri yaradırdılar.[1].

Mayya sənət əsərləri insanın qüdrəti və əhəmiyyəti barədə fikirləri əks etdirir. Bir çox sənət əsəri real həyatın xüsusiyyətlərini əks etdirməyə çalışırdı, canlı görüntülər yaradırdı. Təsviri sənət Mayya elitası tərəfindən ideoloji silah kimi istifadə olunurdu, Mayya allahlarının sonsuz güc sahibi olduqları iddia edilirdi. Əsərlərin çoxu padşahların və elitanın gücünü və böyüklüyünü öyərək, Mayya tanrılarının məhdudiyyətsiz gücə sahib olduğunu müdafiə edirdi. Mayya padşahları onları ucaltmaq məqsədi ilə müəyyən qaydalara uyğun olaraq təsvir edilirdi[1].

Mayya sənəti klassik dövrdə özünün ən yüksək dövrünə çatdı.

Çox sayda Mayya sənət əsəri Hernan Kortesin Meksikanı fəth etməsindən sonra ispanlar tərəfindən məhv edildi. Buna baxmayaraq, Mayya sənəti müasir Meksika, HondurasQvatemala sənətinə böyük təsir göstərmişdir. İspan binaları əsasən əcdadlarının memarlığını və heykəltəraşlığını xatırlayan hindular tərəfindən inşa edilmişdir. Mayya incəsənət ənənələri hindulara nəsildən-nəslə ötürülmüşdür. Ancaq Mayya təsviri sənəti unuduldu, ona maraq yalnız Bonampaka və Teotiuakan fresklərinin kəşfindən sonra ortaya çıxdı.

Digər xalqların təsiri

[redaktə | mənbəni redaktə et]
Olmeklərin Mayyaya təsirini sübut edən abidələrindən biri, Monte-Altoda nəhəng baş fiqurları

Maya sənətinin inkişafının erkən dövründə[2] Mayyanın şimal və mərkəzi bölgələrinə Olmek mədəniyyətinin təsiri olmuşdur, lakin bu zəif təsir idi[3]. Xüsusilə, o dövrdə Olmek mədəniyyətinin təsiri altında Mayyalılar yuvarlaq heykəllər yaratmışdılar[2].

Mayyanın cənub bölgələri Teotiuakan mədəniyyətinin təsirini güclü hiss edirdilər, üstəlik bu olduqca güclü bir təsir idi. Ola bilsin ki, cənub Mayya padşahlarının bəziləri Teotiuakan əsilli idilər, yaxud da Teotiuakan cənub Mayyalılar üzərində iqtisadi, siyasi və ideoloji bir dominantlığa sahib idi[3].

Postklassik dövrdə (bizim eranın XI-XII əsrləri) Mayya sənəti qismən (ilk növbədə Çiçen-İtsa və Mayapan bölgələrində) Mayyanı işğal edən Tolteklərin təsiri altında olmuşdur[2]. Xüsusilə Mayyanın Çiçen-İtsa şəhərində Tolteklər öz memarlıq üslubu ilə binalar inşa etmişdilər.

Ərazinin coğrafi xüsusiyyətlərinin təsiri

[redaktə | mənbəni redaktə et]

Coğrafi mühit də həmçinin Mayya sənətinə təsir edirdi. Rəssamın imkanlarının sayı və həm də ilhamı ondan asılı idi. Bundan əlavə, müəyyən ərazilərin xüsusiyyətləri sənətin təbiətinə təsir edirdi. Məsələn, Yukatan yarımadasının şimalında Mayya abidələri üzərində çoxlu sayda yağış tanrısı Çaakanın maskaları var idi. Buna səbəb bu ərazidə suyun az olması idi[4].

Mayya memarlığı arkalar, daxili tağlar, simmetrik və nizamlı fiqurlar, habelə üslub verilmiş xarici bölməylə fərqlənirdi.

Mayya rəngkarlığının əsas məqsədi bəzək idi, bununla yanaşı rəssamlıq həm də müəyyən tarixi və dini məna daşıyırdı. Mayya rəsmləri Vaşaktun, Bonampaka və Palengedə tapılmışdı[5].

Mayya musiqisi onların mahnıları, həmçinin dinləri ilə sıx bağlı idi. Musiqi Mayyalıların həyatının müxtəlif sahələrini əhatə edirdi. Musiqiyə cavabdeh olan xüsusi tanrıları var idi. Alət qismində fit, müxtəlif növ zərb alətləri, habelə qamış və ya taxtadan hazırlanmış tütəklər istifadə olunurdu. Bundan əlavə, Mayya hal-hazırda Kuba xalq orkestrlərində istifadə olunan özünəməxsus unikal musiqi alətinə sahib idi[6].

Mayya musiqisi dinlə əlaqədar olaraq konkistadorlar tərəfindən qadağan edilirdi və tənəzzülə uğradılırdı[6].

Heykəltaraşlıq

[redaktə | mənbəni redaktə et]

Katolik Kilsəsinin təcavüzünə baxmayaraq Mayya heykəltəraşlıq abidələrinin çox qismi sağ qaldı. Mayya heykəltəraşlığının əsas mövzusu tanrıların, padşahların və keşişlərin təsviri idi. Onların təsviri mümkün qədər ideallaşdırılırdı. Sadə insan isə əksinə olaraq alçaldılmış təsvir edilirdi[7]. Mayya heykəltəraşlığı özündə stilləşdirilmiş və qabardılmış fiqurları birləşdirirdi. Mayyalılar heykəllərdən daha çox binaları bəzəmək üçün istifadə edirdi, buna nümunə olaraq Çiçen-İtsadakı piramidanı göstərmək olar.

  1. 1 2 Альберто Рус, 1986, Искусство на службе правящего класса
  2. 1 2 3 "Архитектура и изобразительное искусство. Часть 3". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  3. 1 2 "Исторический фактор". 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  4. "Географический фактор". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  5. "Живопись майя". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
  6. 1 2 "Литература, танцы и музыка. Часть 7". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  7. "Скульптура майя". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.