Marqaret Kavendiş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marqaret Kavendiş
ing. Margaret Cavendish, Duchess of Newcastle-upon-Tyne
Doğum tarixi 1623[1][2][…] və ya 1617[3]
Vəfat tarixi 15 dekabr 1673(1673-12-15)[1][4][…]
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşları
  • təq. (1645–)[5]
Fəaliyyəti filosof, fizik, şair, yazıçı, esseist, fantastika yazıçısı[d], məşuqə[d]
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marqaret Kavendiş (1623[1][2][…] və ya 1617[3]15 dekabr 1673[1][4][…], İngiltərə krallığı) — İngiltərə yazıçısı.

Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623–15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub.

Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb.

Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır. 1645-ci ildə tanınmış sülalədən olan Uilyam Kavendişlə ailə qurur. Birlikdə Parisdən Anversə gedirlər. Marqaret orada Nyukasldan olan digər qaçqınlarla birlikdə elmi salon yığıncaqlarına qatılmağa başlayır. Tomas Hobbs, Rene Dekart, Pyer Qassendi belə yığıncaqların önəmli simaları idilər.

Marqaret 1651-ci ildə İngiltərəyə gedir və sonrakı il təbiət fəlsəfəsi üzrə əsərini yazmağa başlayır. Monarxiyanın bərpasından sonra Kavendiş ailəsi ölkəsinə dönür və Marqaret 1663-cü ildə "Philosophical and physical" ("Fəlsəfə və fizika") əsərini yayımlayır. 1666-cı ildə "Observations upon Natural Philosophy" ("Təbiət fəlsəfəsi üzrə təcrübələr") adlı əsərini nəşr etdirir. Bu əsərində bəzi elmi mühakimələrini çatdırır. Həmin ildə "Toza dönmüş dünya" romanını yazır. Romanda baş qəhrəman xanım Cənub qütbündə yaşayır və bir gün paralel bir dünyaya düşür. Bu dünyada işıldayan ulduzlar və danışan heyvanlar yaşayırmış. Marqaret heyvanları qorumaq ideyasının ilkin yaradıcılarından hesab edilir və heyvanlar üzərində təcrübələr aparılmasının qəti əleyhinə olduğnu vurğulayır.

1660-cı ildə İngiltərə Elmlər Akademiyası qurulur. Bildiyimiz kimi, həmin illərdə təhsilli qadınlar barmaqla sayılacaq qədər az idi. Yeni elmi cəmiyyətin üzvlərinin əksəriyyəti kişilər idi. Qadınlar klassik akademiya təhsilindən uzaq idilər və bu istiqamətdə təşəbbüs göstərənlərə lağ edirdilər.

Marqaret elmi cəmiyyət tərəfindən tanınmağı hər şeydən çox istəyirdi. 1667-ci ildə o, Akademiyaya çağırılan ilk qadın kimi şəxsi zəfərini əldə etmiş olur. Marqaret dostları Robert Boyle və Robert Huk tərəfindən həyata keçirilən bir təcrübə proqramını izləyir. Lakin daha sonra Akademiya rəsmi olaraq qadınlara qadağan edilir. Bu qadağa 1945-ci ilədək davam edir.

Bundan sonrakı illərdə Marqaretin fəaliyyəti zəifləyir. Özü özünün həkimi kimi davranması nəticəsində sağlamlığı pozulan Ledi Kavendiş 1673-cü ildə vəfat edir.

Ledi Kavendiş yazdığı yazılarına görə iftixar duymuş və təhsilinin əksikliyi üçün sıxıntı hiss etməmişdi. O, xalqa səslənmək və tanınmaq istəyirdi. 19-cu yüzillikdə bəlkə də elə buna görə ona "çılğın Marqaret" mənası verən "Mad Maqde" ləqəbi vermişdilər. Marqaretin ölümündən sonra həyat yoldaşı onun əziz xatirəsinə bir kitab nəşr etdirdi. Kitabda çox sayda elm adamından Marqaretin fərqli düşüncələrinə görə minnətdarlıq məktubları yer alıb.

Marqaret cəmi 23 kitab nəşr etdirmişdi. O, həm də atom nəzəriyyəsi ilə əlaqəli oyunlar və şeirlər də yazmışdı. Aristotel fəlsəfəsi və Harveyin qan dövranı nəzəriyyəsinə dair şərhlər bildirmişdi. Cəmiyyətdə həyatın hər sahəsində kişilərin yer almasına qarşı qətiyyətlə çıxmışdı.

Ledi Marqaret Kavendişin xatirələri bir qadın tərəfindən yazılmış ilk sekulyar avtobioqrafiya kimi görülməkdədir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Cavendish, Margaret, Duchess of Newcastle // WomenWriters (ing.).
  3. 1 2 Lundy D. R. Margaret Lucas // The Peerage (ing.).
  4. 1 2 Margaret Cavendish // Internet Speculative Fiction Database (ing.). 1995.
  5. 1 2 Kindred Britain.
  6. https://www.westminster-abbey.org/abbey-commemorations/commemorations/william-margaret-cavendish/.