36°59′ c. e. 174°53′ ş. u.HGYO

Manukau

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manukau
Manukau City

36°59′ c. e. 174°53′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 15 mart 1966
Ləğv edilib 1 noyabr 2010
Sahəsi
  • 551 km²
Manukau xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ManukauAukland əyalətində, Manukau Bələdiyyə Məclisi tərəfindən idarə olunan bir ərazi bölgəsi. Bu termin Şərqi Oklend ərazilərini əhatə etməməsinə baxmayaraq bəzən "Cənubi Oklend" adlandırılır. Həm hüquqi statusu, həm də genişmiqyaslı məskunlaşma baxımından nisbətən gənc bir şəhərdi.2010-cu ilin iyun ayında Yeni Zelandiyada üçüncü ən böyük şəhər idi. Manukau şəhərinin ərazisi 683 km²-dir. Hal-hazırda şəhərdə yerli idarəetməni Aukland şurası həyata keçirir. 2010-cu ildə bütün Oklend Bölgəsi Oklend Şurası altında birləşdi. Şəhərin adı, Maori mənşəlidir və "uçan quşlar" mənasını verir

Manukau şəhəri 1965-ci ildə meydana gəlib. Şəhər 1989-cu ildə Yeni Zelandiya miqyasında yerli idarəetmənin yenidən təşkilində genişləndi, Papatoetoe şəhəri və Howick Borough'u özünə birləşdirdi, ancaq yeni qurulan Papakura mahalından bir qədər torpaq itirdi. 1 noyabr 2010-cu ildə Manukau Şəhər Şurası ləğv edildi.

Manukau şəhəri Otahuhu isthmusun cənubunda, Northland bölgəsi ilə Şimal adasının arasında yerləşir. Manukau şəhərindən cənubda PapakuraFranklin bölgəsi Oklend şəhər ərazisinin ayrılmaz hissəsi kimi qəbul edilir.

15 aprel 2012-ci ildə Manukau dəmiryol stansiyası açılmışdır.

1989-cu ildə yerli rəhbərliyin yenidən qurulmasından bir neçə il əvvəl Manukau şəhəri ölkənin ən yüksək əhalisinə malik idi. Bölgənin digər hissələri kimi, Manukau da etnik cəhətdən müxtəlifdir və bir çox xalqın, xüsusən də MaoriPolinezya xalqlarının və asiyalıların bir yerə toplaşdığı şəhərdir. Əhali çox sıx məskunlaşıb. Şəhər əhalisinin 50% -i Avropa, 17%-i Mauri, 27%-i Sakit okean, 15%-i Asiyalılar təşkil edir.

Yerli hökumət

[redaktə | mənbəni redaktə et]

Manukau Şəhər Şurası şəhərin yerli seçilmiş orqanıdı və şəhərdə Gənclər Şurası fəaliyyət göstərir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]