Maak doqquzdonu
Maak doqquzdonu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Maak doqquzdonu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Maak doqquzdonu (lat. Lonicera maackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərkəzi Nəbatat Bağından introdusiya edilmişdir. Mədəni şəraitdə 1860-cı ildən becərilir. Abşeronda tək əkinlərdə, dekorativ qrup əkinində rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ bitki kimi istifadə edilir.