Məryəm Vahidova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məryəm Vahidova
Məryəm Adıyevna Vahidova
Fotoşəkil "Qroznı fəhləsi" qəzetinin fotomüxbiri Sergey Xuqayev tərəfindən çəkilib (1992-ci il)
Fotoşəkil "Qroznı fəhləsi" qəzetinin fotomüxbiri Sergey Xuqayev tərəfindən çəkilib (1992-ci il)
Doğum tarixi (65 yaş)
Doğum yeri Qazaxıstan
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti ictimai-siyasi xadim
publisist
Janrlar filologiya, jurnalistika

Məryəm Adıyevna Vahidova (15 oktyabr 1959, Qazaxıstan) — Sovet və rus filoloqu, publisist və ictimai-siyasi xadim, jurnalist, Mixail Lermontov, A. Puşkin, Lev Tolstoy və başqalarının tədqiqatçısı.

O, Beynəlxalq Fundamental Təhsil Universitetinin (IUFS) təşkilatçılığı ilə 11–12 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda keçirilən VI Dünya Elmi Konqresində Oksford Universitetindən fəxri fəlsəfə doktoru (Ph. D.) diplomu aldı. Elə orda Dostoyevskinin "Gözəlliyə görə. "Humanizm, Ədalət" medalı və "Şərəf və Cəsarət" ordeni ilə də təltif edilmişdir. 2017-ci ildə incəsənət və mədəniyyət sahəsində Fəxri Böyük Doktor Diplomunu almışdır (No 17 08 00041). 9 oktyabr 2018-ci ildə Jurnalistika və Ədəbiyyat üzrə Böyük Doktor diplomu alıb, Tacikistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

Məryəm Adıyevna Vahidova 15 oktyabr 1959-cu ildə Qazaxıstanda anadan olub. O, 1985-ci ildə N. K. Krupskaya adına Semipalatinsk Pedaqoji İnstitutunu bitirib. İxtisasca filoloqdur. Semipalatinskdə pioner rəhbərindən məktəb direktorluğuna (Jarmin rayonunun Uş-Biik kəndində) qədər karyera yolu keçmişdir.

Məryəm Vahidova 1977-ci ildən ictimai və siyasi fəaliyyətlə məşğuldur.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Məryəm Vahidova və Cövhər Dudayev

Vahidova 1990–1993-cü illərdə Çeçenistan Respublikasında yaşayıb. 1990-cı ilin noyabrında Qroznıda Çeçen Xalqının birinci Ümummilli Konqresində (ÇXÜK) çıxış etmişdir. Bura o, konqresin təşkilat komitəsi tərəfindən xüsusi qonaq olaraq dəvət edilmişdir. Bu tədbirdə o, Cövhər Dudayevlə görüşmüşdür. O vaxtdan bəri onu ÇXÜK İcraiyyə Komitəsinə şəxsən daxil edən generalın fəal tərəfdaşı olmuşdur. 1991-ci ilin avqustunda, Dövlət Fövqəladə Vəziyyət Komitəsi zamanı Ağ Evin qarşısında barikadalarda dayanmışdı. Tankçılara ana dilində müraciət etmiş, müraciətinin səs yazısı parlamentin binasına hücumdan bir gün əvvəl orada çeçen tankçılar olma ehtimalına qarşı tank kolonunun qarşısında səsləndirilmişdir. Səs yazısında Vahidova tankçıları hücum əmrinə tabe olmamağa səsləmişdir. Ertəsi gün Ağ Evin eyvanından demokratiya müdafiəçilərinə müraciət etmişdir.

1991-ci ilin oktyabrında Estoniyada seçki ərəfəsində prezidentliyə namizəd C. Dudayev haqqında seçkilərdə generalın xeyrinə həlledici rol oynayan sənədli film çəkmişdir. Dudayev ona Çeçenistanın vitse-prezidenti vəzifəsini təklif etmişdir. M. Vahidova bu vəzifəni qəbul etməkdən imtina etdikdən sonra Çeçenistanda vitse-prezidentlik institutu ləğv edilmişdir. Yeni seçilmiş prezidentin yanında qalan Vahidova Dudayevlə birlikdə bütün hakimiyyət strukturunu şaquli şəkildə qurdu. Bura prezident administrasiyası, nazirlər, hökumət və mətbuat xidməti daxil idi. O, müvəqqəti olaraq C. Dudayevin şəxsi katibi və mətbuat katibi vəzifələrini götürmüşdü.[1]

Çeçenistan Respublikası Prezidentinin adından, birinci müşavir Ramzan Göytemirovla birlikdə 1991-ci ilin dekabrında Çeçenistan Respublikası Elmlər Akademiyasının yaradılması üçün hazırlıqlara başladı. Dudayevin təqdimatına görə Akademiyaya görkəmli alim — fizika-riyaziyyat elmləri doktoru, Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin nəzəriyyə elastikliyi kafedrasının professoru İsrailov Muxadi Şahidoviç rəhbərlik edəcəkdi.

1992-ci ilin mart ayının sonundan etibarən Dudayevin komandasına qarşı çıxdı, lakin şəxsən ona dəstək olmağa davam etdi.[2] Ramzan Göytemirovla birlikdə yaradılan Etnik Şuranın üzvü olaraq Çeçenistanda rusdilli əhalinin hüquqlarını müdafiə etdi. Siyasi tribuna kimi istifadə olunan respublika qəzetləri "Çeçen-İnquşetiyanın Səsi", "Çeçenistan Respublikasının Səsi" və müxalif "İmpuls" və "Spravedlivost" qəzetləri ilə əməkdaşlıq etdi.

1992-ci ilin yayında Çeçenistan müftisi Maqomed-Bəşir Arsanukayevlə bir qrupuda Məkkəyə həccə getdi.

1993-cü ilin payızında Ömər Avturxanovun başçılıq etdiyi müxalifətin əlləri ilə Mərkəzdən hazırlanan hərbi gücdən istifadə edərək dövlət çevrilişinin qarşısını aldı. O vaxt bütün mərkəzi media orqanları fəal şəkildə ondan "qatı anti-dudayevçi" imicini yaratmışdılar.[1]

1993-cü ilin yayından başlayaraqi, Rusiyada çeçenlərin əleyhinə kampaniya nəticəsində çeçenlərə qarşı MoskvaYaroslavlda açılan cinayət işlərinin jurnalist araşdırmalarına başladı. Məhkəmələrin uzanması səbəbindən Moskvada qalmaq məcburiyyətində qaldı. Rus hüquq müdafiəçiləri və Çeçen diasporlarının keçirdiyi bütün müharibə əleyhinə kampaniyalarda, konqreslərdə, dəyirmi masalarda və mətbuat konfranslarında iştirak etdi.[1]

Elmi və publisistik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müstəqil jurnalist kimi Aleksandr Puşkin, Mixail Lermontov, Lev Tolstoyun əsərlərinin tədqiqatçısıdır. Məryəm Vahidova Lermontov və Tolstoyun tərcümeyi-halında "Çeçen izi"nin aşkar edilməsi ilə məşğul olmuşdur.[3]

"Elm və Din", "Sibir işıqları", "Vaynax", "Nana" və digər jurnallarda dərc olunmuşdur. Çoxsaylı siyasi, publisistik və tədqiqat məqalələrinin müəllifidir.

Məryəm Vahidova mütəxəssis olaraq mərkəzi kanallarda bir çox siyasi tok-şoulara "Biz" (Vladimir Pozner), "Söz azadlığı" (Yevgeni Kiselyev, S. Sorokina, S. Şuster), "Domino Prinsipi" (E. Hanqa və E. İsçeyeva) qatılmışdır. Həmçinin sənədli filmlərdə ("Çeçen Tələsi") və "Əl-Cəzirə" telekanalının çəkdiyi sənədli filmdə çəkilmişdir.

2004-cü ildən etibarən Moskva, Pyatiqorsk, Mahaçqala, Pekin və s. rus ədəbiyyatı üzrə keçirilən beynəlxalq elmi-praktiki konfrans və qurultaylarda iştirak edir. 2012-ci ildə şəxsi və ailə vəsaiti hesabına öz layihəsi əsasında 1812-ci il Vətən müharibəsinin qəhrəmanı general Aleksandr Çeçenskiyə Pskov vilayətinin Bezhanitsi şəhərinin mərkəzində abidə ucaltmışdır.

1812-ci il müharibəsi qəhrəmanı haqqında kitabların müəllifi olmuşdur. "Aleksandr Çeçenski, "Budur, bu qəhrəman! .." I cildi yazmışdır. Həmçinin M. Lermontov və L. Tolstoyun əsərlərində çeçen obrazları haqqında "Ata və Oğulun Dəhşətli Qisməti". (Nalçik, MMC "Tetragraf", 2013) əsərini yazmışdır.

2014-cü ildə Qroznıda Beynəlxalq Lermontov Elmi Konfransı təşkil etmiş və keçirmişdi. "Lermontov. Rusiya. Qafqaz: zamanda hərəkət" konfransının materialları əsasında oktyabr ayında "Lermontov. Rusiya Qafqaz. Zamanda hərəkət " adlı Beynəlxalq Elmi Lermontov (28–30 may 2014 Qroznı.) Konfransının Materiallarını dərc etdrimişdir (Nalçik. MMC "Tetragraph. 2014).[4]

"Aleksandr Çeçenski" kitabına görə tarixçi və pedaqoq kimi Qaraçay-Çərkəz veteranları (təqaüdçülər) ictimai təşkilatı Rəyasət Heyətinin təklifi ilə 9 may 2015-ci ildə "Qələbənin 70 illiyi" xatirə medalı ilə təltif edilmişdir. ONF Fondunun "Həqiqət və Ədalət" ikinci Ümumrusiya jurnalist əsərləri müsabiqəsinin qalibi olub.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Məryəm Vahidova ailəlidir. İki uşaq anasıdır.

  1. 1 2 3 БОЕВАЯ ПОДРУГА ДУДАЕВА Джохар не умел говорить по-чеченски
  2. М. Перевозкина. Боевая подруга Дудаева // "Московский комсомолец", 6.12.2002.
  3. М. Вахидова. Нана Каренина // "Сибирские огни", 2008, № 2; М. Вахидова. Тайна рождения поэта // "Сибирские огни", 2008, № 9–10.
  4. "Марьям Вахидова, Лермонтовская конференция. К 200-летию". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]