Lusi Ver

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lusi Ver
lat.Lucius Verus
Lucius Ceionius Commodus Verus
bayraq
Roma İmperatoru
bayraq2

8 mart 161 – 7 mart 169
(Mark Avreli ilə birlikdə)
ƏvvəlkiAntonin Piy
SonrakıMark Avreli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Roma İmperiyası
Roma
Vəfat tarixi †169
Vəfat yeri Altinum
Vəfat səbəbi Antonin vəbası
Dəfn yeri Müqəddəs Ancelo qəsri
Fəaliyyəti siyasətçi
Atası Lusi Eliy (doğma)
Antonin Piy (138-ci ildən atalığı)
Anası Avidia Plautia
Həyat yoldaşı Luçilla
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Adına kəsilmiş sikkə

Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur.

Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur.

Siyasi fəaliyyəti və müştərək imperatorluğu

[redaktə | mənbəni redaktə et]

Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir.

Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır.

Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir.

Parfiya müharibəsi

[redaktə | mənbəni redaktə et]

162166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.

163- cü ildə Suriyaya gələrək parfiyaya qarşı müharibəyə hazırlaşarkən yüngül vä eşqibazlıq hərəkətləri ilə özünü cox alçaltmışdır. o hətta məşuqəsinin göstərişi ilə saqqalıni qirxmağa məcbur olmuşdur. Sərkərdələri döyüş meydanında çətinliyə düşəndə belə, hətta Kapadokiya valisi öz legionu ilə məğlub edildikdə belə o, öz kefindən qalmırdı. Günlərini ov ovlamaqda, musiqi sədaları altında dəniz gəzintisində keçirirdi. Müharibədən sonra qələbəni Ver və Mark Romada zəfər yürüşü keçirərək qeyd edirlər. Bu qələbənin əldə edilməsində Lusi Verin deyil sərkərdələrin böyük əməyi olmuşdur. Bu müharibədə Mesopatamiya, Suriya və Ermənistan Romanın ərazisinə təzədən qatılmış olur. Bu münasibətlə Lusi Ver özünə yeni lat. Armeniacus ləqəbini götürür.

Əyyaş imperator

[redaktə | mənbəni redaktə et]

Romaya geri dönən Lusi Ver tam səfeh və əyyaş bir həyat tərzi keçirir. Kef məclislərindən sonra tez-tez qladiator döyüşləri keçirdərmiş. Mark Avreli fəlsəfi "Düşüncələr"ində Veri belə xarakterizə edir: "...qardaşımın əxlaqı məni özüm öz qeydimə qalmağı vadar edir,amma onun istiqanlılığı və hörmətcilliyi məni sevindirir."

Mark Avreli qardaşının bu hərəkətlərindən utansa da, özünü görməzliyə vururdu. Onu nəzarətsiz buraxmamaq üçün 167-ci ildə Markomann müharibəsində özü ilə yürüşə götürür. Orada Lusi Ver günlərini ovda və kef məclislərində keçirərkən, Mark Avreli bütün işlərin həllini öz üzərinə götürür. Pannon alındıqdan sonra Romaya geri dönürlər.

40 yaşına çatmamış insultdan (lat. Apoplexia cerebri) vəfat etmişdir. Onun ölümü Mark Avreli ağlatmışdır. Senat onu " Ilahi Ver" adlandıraraq allahlar sırasına aid etmişdir