Lizyölü Tereza

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lizyölü Tereza
fr. Thérèse de Lisieux
Doğum tarixi 2 yanvar 1873(1873-01-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 1897(1897-09-30)[1][2][…] (24 yaşında)
Vəfat yeri
Xatirə günü 1 oktyabr[4], 3 oktyabr[5]
Vikimənbənin loqosu Lizyölü Tereza Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lizyölü Tereza, anadan olub Marie Françoise-Thérèse Martin (d. 2 yanvar 1873, Alanson, Fransa — 30 sentyabr 1897, Lizyö, Fransa) — Fransız Diskalted Karmelit rahibəsi və mistiki.

1925-ci il mayın 17-də Papa XI. Pius tərəfindən müqəddəsləşdirildi. 1997-ci ildə Papa II İohan Pavel tərəfindən Kilsə Doktoru elan edilmişdir. Fransisk Xavier ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. Xatirə günü 3 oktyabrdadır.

Tereza dini həyata erkən çağırış aldı və müxtəlif maneələri dəf etdikdən sonra, 1888-ci ildə Normandiya bölgəsindəki bir kommuna olan Lizyödə rahibə olmaq üçün 15 yaşında Karmelit ordeninə qoşuldu. Monastırda sadə və adi bir həyat sürdü. İncillə yanaşı, o, Tomas Kempisin Məsihə Oxşamaq kitabını daim oxudu və bu kitab ona kamilliyə gedən yolda kömək etdi.

  1. 1 2 Therese von Lisieux // FemBio database (alm.).
  2. 1 2 Marie Françoise-Thérèse Martin // GCatholic.org. 1997.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118621815 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Calendarium Romanum (lat.): Ex decreto Sacrosancti Œcumenici Concilii Vaticani II instauratum auctoritate Pauli PP. VI promulgatum. Editio typica. Civitas Vaticana: Typis Polyglottis Vaticanis, 1969. S. 30.
  5. General Roman Calendar of 1960 (lat.). 1960.