53°53′13″ şm. e. 25°18′10″ ş. u.HGYO

Lida qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lida qalası
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 53°53′13″ şm. e. 25°18′10″ ş. u.HGYO
Texniki detallar
Material kərpic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lida qalası (belar. Лідскі замак, lit. Lydos pilis) — Litva knyazlığının Böyük Şahzadəsi Qediminas tərəfindən 14-cü əsrin əvvələrində Tevton ordeninini genişlənməsinə qarşı torpaqlarını müdafiə etmək üçün tikdirilmiş qala. Bu müdafiə zəncirindəki digər qalalara Qrodno, Novoqrudok, Krevo, Myadininkay və Trakai də daxil idi. Müasir Belarusiyanın Lida şəhəri bu qalanın ətrafında böyüdü. Lida qalası dəniz səviyyəsindən 141 metr (463 ft) yüksəkdə yerləşir.[1]

Qala üçün seçilmiş yer təbii olaraq şərqdən qərbə Kamenka və Lida çayları tərəfindən qorunur. Qala divarlarının bərpası 1323, 1324 və 1325-ci illərdə aparılmışdır. Sonradan divarların fasadı qırmızı kərpiclə üzlənir. Qalada iki qüllə və 1533-cü ildə divarların xaricinə köçürülmüş bir kilsə vardı. Hər iki qüllənin yuxarı mərtəbələrində yaşanılırdı.

Güclü istehkamlarına baxmayaraq, Lida bir neçə dəfə Tevton ordeni tərəfindən tutulmuşdur (1384, 1392). Litva Böyük Hersoqu Vytautas, onu "qala yaxınlığındakı bir yurdda " məskunlaşan müttəfiqi Toxtamış xana verir.[2] 1406-cı ildə Smolensk Yury ailəsi Lidada girov olaraq kilidləndi və qəsri ələ keçirib onları azad etmək cəhdi uğursuz alındı. 1433-ci ildə, Lida qalası Şvitriqaila və əmisi oğlu Siqismund Kestutaitis arasında mübahisə nöqtəsinə çevrildi.

Lida 1506-cı ildə Krım tatarları tərəfindən darmadağın edildi və 1659-cu ildə Rusiya-Polşa müharibəsi zamanı ruslar tərəfindən talan edildi. Böyük Şimal Müharibəsi dövründə qalanı iki dəfə ələ keçirən İsveçlilər hər iki qülləni uçurdular. 1794-cü ildə qala meydanları Kościuszkonun davamçıları ilə ruslar arasında gedən bir döyüş yeri idi.

1891-ci il şəhər yanğınından sonra yanğından zərər görən evlərin təmiri üçün daş təmin etmək üçün cənub-qərb qülləsi və qalanın qərb divarının hissələri yıxıldı. Sankt-Peterburqdan olan arxeoloqlar qrupu vandalizmi dayandırmaq üçün müdaxilə etdi. 1920-ci illərdə divarlar cüzi miqdarda bərpa edildi.

20-ci əsrdə qala zoopark və ya sirk tamaşalarının keçirildiyi yerə çevrildi. Hər dekabrda divarlara Milad ağacı qoyulurdu. 1982-ci ilə qədər bərpa etmə işləri aparılmamışdır. Qırmızı kərpic, yüksəkliyi 12 metr (39 ft)-ə qədər olan yenidən qurulmuş hissələri işarələmək üçün istifadə olunurdu. 2010-cu ildə əhəmiyyətli bərpa işləri aparılmışdır.

Hər il Lida qalasında orta əsrlərə aid bir turnir keçirilir. Qüllələr daxilində bir muzey yaradılır.

  1. "Lida Castle Altitude and Position". 2019-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
  2. The Castle of Lida Arxiv surəti 6 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine. Retrieved on 2009-03-04

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]