Lex Kaçinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lex Kaçinski
pol. Lech Kaczyński
Polşa Respublikasının Prezidenti[d]
23 dekabr 2005 – 10 aprel 2010
ƏvvəlkiAleksander Kvasnevski
SonrakıBronislav Komorovski
Polşa Respublikası Seyminin deputatı[d]
1991 – 1993
Polşa Respublikası Seyminin deputatı[d]
25 noyabr 1991 – 31 may 1993
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1949(1949-06-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 aprel 2010(2010-04-10)[1][2][…] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi aviasiya qəzası[d]
Dəfn yeri
  • Vavel kafedralı[d]
Partiya
  • Hüquq və Ədalət partiyası[d] (–2006)
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], vəkil, sindikatçı[d], kino aktyoru, hüquqşünas, mühazirəçi, dissident
Həyat yoldaşı
Uşağı 1
Dini katolisizm[5]

Təltifləri Maltanın "Xidmətlərə görə" ordeni Knight Grand Cross with Collar of the Order of Merit "Heydər Əliyev" ordeni Order pro Merito Melitensi Milli Qəhrəman ordeni (Gürcüstan) Müqəddəs Georgi adına "Qələbə" ordeni Collar of the Order of the White Lion 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni
Collar of the Order of the Star of Romania
Kral Tomislavın Böyük Ordeni "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of Polonia Restituta Grand Cross with collar of the Order of Vytautas the Great Grand Collar of the Order of Prince Henry "Kral Əbdüləziz" ordeni Knight of the Order of the White Eagle
İmzanın şəkli
president.pl/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[1][2][…], Varşava[4]10 aprel 2010[1][2][…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri.

Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə "Həmrəylik" Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L. Kaçinski "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə "Həmrəylik" hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. 1989-cu ildə senator, iki il sonra isə Polşa Seyminin deputatı seçilib.

Lex Kaçinskinin 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L. Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992–1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.

Lex Kaçinski və İlham Əliyev, 2008 il.

2001-ci ildə "Hüquq və ədalət" partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. Prinsipial, işgüzar, ədalətli siyasi xadim kimi şöhrət qazanmış Kaçinski 2002-ci ildə Varşavanın prezidenti (meri) seçilib və dövlət başçısı kimi and içənə qədər bu vəzifədə çalışıb.

2005-ci ilin martında Lex Kaçinski Polşa Prezidenti vəzifəsinə öz namizədliyini sürəcəyini rəsmən elan edib. Həmin vaxt çoxları bu fikirdə idi ki, "Hüquq və ədalət" partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə Lex Kaçinskinin qardaşı Yaroslav baş nazir vəzifəsini tutacaq. 2006-cı ildə bu fikir gerçəkləşdi.

2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatıldılar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa Prezidenti seçildi.

Polşa Prezidentinin həyat yoldaşı Mariya Kaçinskaya iqtisadçı idi. Bir qızı və nəvəsi var. Lex Kaçinski yüksək şəxsi keyfiyyətləri, dövlətçilik mövqeyi, zəngin təcrübəsi, həmçinin siyasətçi-qanunverici, dövlət təhlükəsizliyinin keşikçisi imici sayəsində ölkədə böyük hörmət və nüfuz qazanmışdı.

O, Azərbaycanda rəsmi səfərdə olub[6].

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib[7].

Lex Kaçinskinin "Heydər Əliyev" ordeni ilə təltif olunması
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Lech Kaczyński // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://www.fakt.pl/wydarzenia/polityka/lech-i-maria-kaczynscy-wzieli-dwa-sluby/jkfbng4.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #103565515 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. https://www.prezydent.pl/kancelaria/archiwum/archiwum-lecha-kaczynskiego/tym-ktorzy-odeszli/katastrofa-samolotu-kronika-wydarzen/uroczystosci-pogrzebowe-w-krakowie,24841.
  6. "Lex Kaçinki: məhbəsdən çıxıb prezident olan əkiz qardaş". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-10.
  7. "Polşa prezidenti təyyarə qəzasında öldü". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-10.
  8. "Arxivlənmiş surət". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  9. "L. Kaçinskinin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli, 360 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]