Lepanto döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lepanto döyüşü
Tarix 7 oktyabr 1571
Yeri Patras körfəzi, İon dənizi
Nəticəsi Xaçlı qələbəsi
Münaqişə tərəfləri

Xaçlı donanması
İspaniya İmperiyası
Venesiya Respublikası
Genuya respublikası
Papa dövləti
Malta cəngavərləri

 Osmanlı imperiyası

Komandan(lar)

Juan de Austria, Alvaro de Bazan
Sebastiano Venier, Agostino Barbariqo
Markantonio Kolonna
Givanni Andrea Doria

Müəzzinzadə Əli Paşa,
Mehmed Paşa,
Qılınc Əli Paşa

İtkilər

10,000 ölü ve yaralı
17 qalera batdı

40,000 ölü ve yaralı
200 qalera batdı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lepanto döyüşünün Xaçlı komandirləri: Juan de Austria, Markantonio Kolonna, Sebastiano Venier

Lepanto döyüşü — (isp. Batalla de Lepanto, it. Battaglia di Lepanto, ing. Battle of Lepanto), 7 oktyabr 1571-ci ildə Osmanlı imperiyası ilə Xaçlı donanması arasında olan dəniz döyüşüdür. II Səlimin dövründə baş verən müharibədə donanma böyük zərər gördü və Osmanlı imperiyasının yüksəlmə dövründəki ən böyük dəniz məğlubiyyəti sayılır. Osmanlı qaynaqları bu müharibənin adını Sıngın olaraq yazırlar.[1] İspaniyalı yazıçı Servantes bu döyüşdə əlindən və sinəsindən yaralanmışdır.

Döyüşdən əvvəlki vəziyyət

[redaktə | mənbəni redaktə et]

O dövrdə Kipr olduqca hərəkətli Misirİstanbul dəniz ticarət yolu üzərində böyük bir maneə idi. Ada Venesiyalıların əlində idi, Venesiya dəstəyi ilə xristian quldurları, tez-tez ticarət və həcc gəmilərini vururdular. Kiprin bir zamanlar müsəlman ölkəsi olması səbəbi ilə fətva alındı və müharibə başladı. Kiprin mühüm mərkəzləri olan NikosiyaFamaqusta, sərt mübarizələrdən sonra ələ keçirildi. Fəth başa çatdıqdan sonra Kipr bəylərbəyliyə çevrildi (1570–1571).

Kiprin Osmanlı imperiyası tərəfindən fəth edilməsi, Avropada böyük reaksiyalara səbəb oldu. Nəticədə Papa V Pius, İspaniya kralı və Venesiya dukası Osmanlılara qarşı birləşdilər. Bu birləşməni imza ilə də təsdiqlədilər.(15 may 1571) Müqəddəs İttifaq adı verilən bu müqavilə haqqında Osmanlılar məlumat əldə etdilər. Divanda bu tarixlərdə bəzi fikir ayrılıqları üzündən anlaşılmazlıq yaranmışdı. Bu vəziyyət görüləcək tədbirləri dayandırdı, donanmayı Hümayun admiralığının, Prevezadan yazdığı kömək istəklərini cavabsız buraxdı. Sonda divan Avropaya qarşı güclü bir donanma ilə çıxmağa qərar verdi. Ancaq divandakı fikir ayrılığına görə quru qoşunları komandiri Müəzzinzadə Əli Paşa Osmanlı donanmasının başçısı təyin edildi. İstanbula gələn ikinci bir xəbər, Səlibçi donanmasının Osmanlı sularına gəlməsi ilə bağlı idi. Sokollu bu donanmanın dayandırılması vəzifəsini başqa bir quru ordusunun komandiri olan Pərtəv Paşaya verdi.

Osmanlı donanmasında bir vəzir, dörd paşa, 15 bəylərbəyi var idi. Həmçinin Qılınc Əli Paşa, Cəfər Paşa, Barbaroszadə Həsən Paşa, Barbaroszadə Mehmed Paşa və Salehpaşazadə Mehmed bəy kimi Osmanlı dənizçiləri də var idi.

Osmanlılara qarşı meydana gətirilən Səlibçi donanmasının başına, V Karlın oğlu, Hollandiyanın general qubernatoru Don Juan de Austria (Avstriyalı Johan) gətirildi. Venesiya donanmasının başında Venier, Genuyalılarınkı Givanni Andrea Doria, Papa donanmasında isə Markantonio Kolonna idi. Bundan əlavə, Avropanın generalları, şahzadələri, zadəganları və admiralları Xaçlı donanmasında xidmət edirdilər.

Müəzzinzadə Əli Paşa və Mehmed Paşanın səhv münasibətləri, Osmanlı dənizçilərinin müqavimət göstərməsinə səbəb oldu, lakin müzakirələrdən sonra Kaptan-ı dəryanın rəyi tətbiq olundu.

İki donanma dünya tarixindəki ən böyük dəniz döyüşlərindən birinə başladı. Osmanlı donanması parçalandı. 142 gəmi məhv edildi, 20 min Osmanlı əsgəri öldü. Ölənlər arasında Osmanlı paşaları, bəylərbəyi və Müəzzinzadə Əli Paşada var idi. Bu vaxt yalnız Qılınc Əli Paşanın komandanlığı altındakı Osmanlı donanmasının sağ cinahı müvəffəqiyyət göstərdi. 42 Osmanlı gəmisindən qurulan bu cinah, gəmilərini itirmədi və Xaçlı donanmasının sağ cinahını məhv edərək döyüş bölgəsini tərk etdi. Qılınc Əli Paşa, bu müvəffəqiyyətin ardından Kaptan-ı dəryalığa gətirildi.

Sokollu Mehmed Paşa yeni bir donanma hazırlamasını istədi. Bunun üçün çox sayda texnikin lazım olduğunu və belə bir donanmanın qısa müddət ərzində hazırlanmasının çətin olacağını söyləyən Qılınc Əli Paşaya, Sokollu Mehmed Paşa; "Bütün donanmanın gəmi lövbərlərini gümüşdən, ipdən, yelkənlərini atlasdan edə bilərik. Hansı gəminin materialı çatmasa, gəl məndən al" demişdirki, buda o dövrdə Osmanlı imperiyasının gücünü göstərmək baxımından əhəmiyyətlidir. Sokollu Mehmed Paşa göndərilən Venesiya səfirinə, Lepanto dəniz döyüşü ilə əlaqədar olaraq "Biz Kipri almaqla sizin qolunuzu kəsdik, siz Lepanto döyüşündə bizi məğlub etməklə saqqalımızı taraş etdiniz. Kəsilən qolun yerinə yenisi gəlməz, ancaq kəsilmiş saqqalın yerinə yenisi daha gur çıxar" deyə cavab verdi. Necə ki, gəmiqayırma zavodunun baş memarı Mustafa ağanın rəhbərliyi altında altı ay ərzində 150 qalera inşa edilərək Osmanlı donanması yenidən bərpa edildi.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Mufassal Osmanlı Tarihi, 3. Cilt.
  2. Koçu, Reşat Ekrem, Hayat Tarih Mecmuası, İstanbul, 1966