Lener Dominqes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lener Dominqes
isp. Leinier Domínguez Pérez
Ölkə Kuba Kuba
Doğum adı Leinier Domínguez Pérez
Doğum tarixi (41 yaş)
Doğum yeri Havana, Kuba
Titulu
Son reytinqi 2739 (yanvar 2017)
Maksimal reytinqi 2768 (may 2014)
FİDE nömrəsi 3503240
chessleinier.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lener Dominqes Peres (isp. Leinier Domínguez Pérez) (1983-cü ilin 23 sentyabrda Havanada anadan olub) Kubalı qrosmeyster.

O, 2002, 2003, 2006, 2012-ci illərdə Kuba Şahmat Çempionatının qalibi olub. 2004-cü ildə Fide Dünya Şahmat Çempionatında 1/4 finalda Teymur Rəcəbova taybreykdə uduzub. Onun ən yaxşı nəticəsi 2006-cı ildə Barselonada olub. O, turnirdə 9 oyundan 8 xal yığıb. Həmin turnirdə 2932 reytinqli Vasili İvançuk iştirak edirdi.

2008-ci ildə CPA şahmat turnirinin və 43-cü Kapablankanın xatirə turnirinin qalibidir. Eyni ildə Biel-də keçirilən turniri Evgeny Alekseyev ilə birinci yerdə bitirdi (amma taybreykdə ona uduzmuşdu). Həmin turnirdə dünya çempionu Maqnus Karlsen də iştirak edirdi. 2008-ci ilin 8 noyabrında Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya Blitz Çempionatında 15 oyundan 11.5 xal qazandı. Oyunda Vasili İvançuk, Pyotr Svidler, Aleksandr Qrişçuk və digər yüksək reytinqli qrosmeysterlər iştirak edirdi. 2013-cü ilin iyununda ilk dəfə Thessaloniki-də 12 elit oyunçunun iştirak etdiyi Fide Qran Prinin qalibi oldu. Oyunçular arasında Fabiano Kariana, Veselin TopalovAleksandr Qrişçuk vardı.