Le Dık Tho

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Le Dık Tho
Şəxsi məlumatlar
Doğum tarixi 14 oktyabr 1911(1911-10-14)[1][2][…]
Vəfat tarixi 13 oktyabr 1990(1990-10-13)[3][1][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Partiya
Fəaliyyəti siyasətçi, diplomat, hərbi qulluqçu, inqilabçı
Dini dinsizlik
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi diplomatiya[5], xarici siyasət[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Le Dık Tho[6][7] və ya Le Dık Txo[8] (vyet. Lê Ðức Thọ) və ya əsl adı ilə Fan Din Khay (Phan Đình Khải; 14 oktyabr 1911[1][2][…]13 oktyabr 1990[3][1][…], Hanoy[4]) — Vyetnam siyasətçisi və diplomatı. O, 1973-cü ildə "Nobel" sülh mükafatına layiq görülmüşdür, lakin ondan imtina etmişdir.

Le Dık Tho gəncliyindən Vyetnam kommunist hərəkatında iştirak etmişdir. O, 1930-cu ildə Hind-Çin Kommunist Partiyasının yaradıcılarından biri olmuşdur. Le Dık Tho 1930-cu ildən 1936-cı ilə qədər, sonra isə 1939-cu ildən 1944-cü ilə qədər Fransa həbsxanasında həbs olunmuşdur. O, azadlığa çıxandan sonra Vyetminin yaradılmasında iştirak etmişdir. Le Dık Tho Birinci Hind-Çin müharibəsi zamanı Vyetnamın cənubunda Vyetnam Fəhlə Partiyasının Mərkəzi Komitəsindən çalışmışdır. O, 1955–1986-cı illərdə partiyanın Siyasi Bürosunun üzvü olmuşdur.

  1. 1 2 3 4 Le Duc Tho // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Le Duc Tho // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #127005390 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 Lê, Đức Thọ // Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. "Nobel Sülh Mükafatının 110-cu sahibi kim olacaq?". Yeni Azərbaycan. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  7. "Ard-arda beş il mükafatdan məhrum edilən Tolstoy və ya "Nobel"in pərdəarxası sirləri – Faktlar". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  8. "17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI". modern.az. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]